Aİ-92 markalı benzin bahalaşıb - RƏSMİ
Tarix: 15-07-2017 | Saat: 09:49
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Tarif Şurasının dünən keçirilmiş növbəti iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiymətinə baxılıb, müvafiq tarif tənzimlənməsi həyata keçirilib.
Tarif Şurasının Katibliyindən daxil olan məlumatda bildirilir ki, ölkədə istehsal edilən mühərrik yanacaqlarının keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması və artan ölkədaxili tələbatın etibarlı təmin edilməsi məqsədilə investisiya imkanlarının genişləndirilməsi, neft emalı sənayesində yenidənqurma və modernləşdimə işlərinin həyata keçirilməsinin zəruriliyi, eləcə də ötən illər ərzində manatın məzənnəsində baş verən dəyişikliklər, artan daxili tələbatın SOCAR-ın ixrac imkanlarını məhdudlaşdırması və xarici valyuta gəlirlərinin azalması nəzərə alınaraq, “Aİ-92” markalı avtomobil benzini üzrə tarif tənzimlənməsi aparılıb.
Tarif (qiymət) Şurasının iclasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib. Qərar bu gündən qüvvəyə minir.
Tarif Şurası qeyd edib ki, tarif dəyişikliyindən sonra da “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti Azərbaycanda əksər MDB və region ölkələri ilə müqayisədə aşağı olacaq. Belə ki, hazırda “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün Gürcüstanda 0,86, Rusiyada 0,61, Qazaxıstanda 0,43, Belarusda 0,59, Ukraynada 0,98 ABŞ dolları təşkil edir.
Xəbəri paylaş
1 1568 dəfə oxunub.
Digər xəbərlər

13-05-2022, 09:19
Saçların tez ağarmasına səbəb olan - 5 zərərli vərdişlər
10-06-2015, 14:35
Avropa Olimpiya Komitəsinin prezidenti (AOK) Patrik Hikki Bakıya gəlib.
4-07-2015, 12:33
Krediti canı ilə ödədi:
25-03-2015, 12:59
Həcc ziyarəti üçün ödənişlər dolların kursuna uyğun aparılacaq
12-05-2017, 12:41
Eurovision-da ilk dəfə: "Ondan hamiləyəm" - VİDEO
13-04-2022, 10:44
Azərbaycanda bu şəxslər inzibati qaydada həbs edilə bilməz - RƏSMİ
13-04-2019, 17:23
Həyat yoldaşı evi tərk etdiyinə görə intihar edən Kənanın FOTOSU
9-06-2018, 21:51
Xilası üçün pul yığılan Aytac vəfat etdi - Lazım olan aparat Azərbaycanda tapılmayıb
28-12-2021, 13:32
Azərbaycanda güclü PARTLAYIŞ - Yaralılar var (FOTOLAR+YENİLƏNİB)