General Zəhranın öldüyü yerdə... - Fotolar
Tarix: 08-07-2017 | Saat: 18:43
Bölmə:M / Karusel / Gündəm / Foto-fakt | çapa göndər
Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən cəbhə xəttində yerləşən birləşmə və hərbi hissələrin döyüşə hazırlıq səviyyəsi yoxlanılıb.
“Xəbəraz.az”ın Azərbaycan Müdafiə Nazirliyinə istinadən məlumatına görə, qəfil yoxlama zamanı döyüş tətbiqi üzrə qoşunlara verilən qərarlar dəqiqləşdirilib, bütün qoşun növləri və qisimlərinin qarşılıqlı əlaqədə fəailiyyət məsələləri bir daha öyrənilib.
Müdafiənin ön xəttində yerləşən hərbi hissələrdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov şəxsi heyət, döyüş texnikaları və digər hərbi vasitələrin hazırlığı və tətbiqi məsələləri ilə maraqlanıb.
Silahlı Qüvvələrin Ali Baş Komandanının tapşırığına əsasən Müdafiə Nazirliyinin rəhbərliyi Ermənistan silahlı qüvvələri tərəfindən iyulun 4-də Füzuli rayonu Alxanlı kəndinin atəşə tutulması nəticəsində mülki şəxslərin həlak olduğu yerə baxış keçirərək mərhumların yaxınlarına başsağlığı verib. Sakinlərlə görüşdə mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində əlavə tədbirlərin görüldüyü də diqqətə çatdırılıb.
Xəbəri paylaş
7588 dəfə oxunub.
Digər xəbərlər

16-10-2015, 18:12
Yağışlı havada bağ suluyur (Video)
18-02-2016, 14:21
“Barselona“ məğlubiyyətsizlik seriyasının 31 oyuna yüksəltdi
5-09-2017, 17:21
Yeri məhv edə biləcək silah: HİDROGEN BOMBASI NƏDİR, NECƏ YARANDI?
28-05-2016, 13:48
Beynəlxalq Bank 1 milyard ziyan etdi
25-11-2017, 16:53
Xoşbəxt olmaq istəyirsinizsə, qucaqlaşın - 20 FAYDASI
12-07-2021, 02:32
Tovuz döyüşlərindən 1 il ÖTÜR
19-08-2017, 11:40
Muratla Mervenin ayrılmasının əsl səbəbi ortaya çıxdı
22-05-2015, 23:05
İlham Əliyev Prezident Administrasiyasının şöbə müdirinə orden verdi
30-03-2017, 11:14
Bakının məşhur bazarı SÖKÜLƏCƏK
19-01-2022, 08:21
53 dəfə plastik əməliyyat keçirən aktrisa iflic oldu - FOTO