Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“AST Telman”ın bazarında atışma
Tarix: 26-06-2015 | Saat: 17:09
Bölmə:M / Hadisə / M2 | çapa göndər

“AST Telman”ın bazarında atışma




Qazaxıstanın Almatı şəhərindəki “İpək yolu” ticarət yarmarkasında iyunun 25-də axşam polislə silahlı ekstremistlər arasında atışma olub.


Xeberaz.az-ın virtualaz.org-a istinadən məlumatına görə, xüsusi təyinatlı qüvvələrin dəstəyi ilə polis silahlı ekstremist qruplaşmanın üzvlərini həbs etmək üçün əməliyyat keçirib, bu zaman atışma baş verib.

Ekstremist qruplaşmanın təmayülü barədə məlumat verilmir, ancaq onların hamısının “saqqallı olduğu” bildirilir.

Ehtimal olunur ki, söhbət radikal dini qruplaşmaların üzvlərindən gedir. Atışma nəticəsində bir ekstremist öldürülüb, biri yaxalanıb. Polislər arasında itki yoxdur.

“İpək yolu” yarmarkasında əsasən avtomobil ehtiyat hissələri satılır. Bir neçə il əvvəl yarmarkanın adı “AST Avrasiya” idi , indi isə adı dəyişib. Yarmarka Azərbaycan əsilli yəhudi milyarder Telman İsmayılova və onun Qazaxıstandan olan yəhudi ortağına - oliqarx Aleksandr Maşkeviçə məxsusdur.

Bazarda ticarət köşklərinin çoxu boşdur və nəticədə cinayətkarlar üçün əlverişli sığınacağa çevrilib. Bu səbəbdən bazar qazax polisi üçün başağrısı hesab olunur.


Xəbəri paylaş

6768 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___