Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərsu ASC-də Əbülfəz Kərimzadəyə yeni vəzifə verildi
Tarix: 07-07-2017 | Saat: 12:47
Bölmə:M / Karusel / İqtisadiyyat / Gündəm | çapa göndər



"Azərsu" ASC -də yeni kadr dəyişikliyi baş verdi. Belə ki, adı çəkilən qurumun "Müştəri Xidmətləri Departamenti"-nə Əbülfəz Kərimzadə təyin edildi.Qeyd edək ki, bu yeni vəzifədən öncə Əbülfəz Kərimzadə paytaxt Bakının 12 inzibati rayonunun bir neçəsində (Suraxanı Xətai və s.) Rayon su kanal idarələrində rəis vəzifəsində çalışmışdır.Media olaraq dəfələrlə müxtəlif vaxtlarda reydlər keçirərək şahidi olmuşuq ki,Əbülfəz Kərimzadə bu vəzifələrdə çalışdığı müddətlər dövründə,rəhbəri üzrə təyin olunduğu rayon su kanal idarələrinin tabeçiliyində olan sakinlərin,onların abonent olaraq içməli su ilə bağlı qarşılaşdığı ən kiçik problemləri belə,həll etmək məqsədi ilə vətəndaşları fərdi və kollektiv şəkildə qəbul etmiş,tabeçiliyində olan işçilərə problemlərin qısa zaman kəsiyində həll edilməsi tapşırıqlarını vermiş və bununla da dövlət və vətəndaş arasında bir daha qarşılıqlı sevgi vəhdətini möhkəmlətməyə çalışmışdır.Bundan başqa,adı çəkilən rayonlarda və qəsəbələrdə park və xiyabanların,o cümlədən ekologiya üçün çox vacib hesab edilən,yaşıllıq zolaqlarının müasir görkəm almasında,və nəticə etibarilə günü-gündən gözəlləşən Bakımızın müasir görünməyində müstəsna xidmətlər göstərməklə böyük əməyi olmuşdur.Belə ki, bu sadalanan vacibatları zərurətə çevirmək məqsədilə,öz yorulmaz fəailiyyəti ilə üzərinə düşən missiyanı təqdirəlayiq şəkildə həyata keçirdən,bu sahədə kifayət qədər əmək təcrübəsinə malik olan Əbülfəz Kərimzadəni Azərsu ASC rəhbəri Qorxmaz Hüseynov ona göstərilən etimadı yüksək səviyyədə doğrultduğuna görə, 03 iyul 2017-ci il tarixindən müvafiq sərəncamla Azərsu ASC-nin "Müştəri Xidmətləri Departamenti" -nə rəis vəzifəsinə təyin etmişdir.Biz də "Xəbəraz.az" olaraq öz növbəmizdə Əbülfəz Kərimzadəyə, başda Azərsu ASC rəhbəri Cənab Qorxmaz Hüseynov olmaqla,Dövlət başçımız Cənab İlham Əliyevin bu sahədə verdiyi müvafiq sərəncamların layiqincə yerinə yetirmək naminə apardığı bütün işlərdə yeni-yeni uğurlar və nəailiyyətlər arzu edirik!




Xəbəri paylaş

2 9718 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___