Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Artıq ermənilərə qapaz vurmağın vaxtı çatıbdır”
Tarix: 06-07-2017 | Saat: 12:01
Bölmə:M / Karusel / Gündəm / Foto-fakt | çapa göndər



İyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Nəticədə Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Məsələylə bağlı açıqlama verən Azərbaycan Alpaqut Federasiyasının prezidenti Aqil Acalov bidirib ki, . heç bir şərt altında Zəhra balamızın qanı yerdə qalmamalıdır: “Azərbaycan neçə ildir ki, erməni terrorundan əziyyət çəkir. Biz dünyanı inandırmağa çalışırıq və inandırırıq ki, erməni terroru bəşəriyyətə qarşı yönələn sistemli bir fəaliyyətdir. Artıq bizim səbrimiz tükənib. Baxmayaraqki bütün dünya ictimaiyyəti bu haqsızlığa susur. Mən düşünürəm ki, nə qədər biz sülhsevər xalq olsaqda, ama bu cür qətliamların cəzasız qalmasına imkan verməyəcəyik. Şərəfsiz erməni ordusunun gücü yalnız körpələrə və qadınlara çatır. Düşünürəm ki, biz hamımız həmrəy olmalıyıq. Nə qədər acılı olsa da, təmkinimizi qorumalıyıq və konkret addımlar atmalıyıq. Bütün Azərbaycan xalqını sosial şəbəkələrdə aktiv olmağa çağırıram. Ən azından dünya millətlərinə səsimizi çatdıra bilək. Heç bir şərt altında Zəhra balamızın qanı yerdə qalmamalıdır. Ermənilərin və onların havadarlarının cəzalarını almasına çox az qalıb. Dünəndən bu günə qədər erməni sosial şəbəkələrində, ermənilərin 2 yaşında qız uşağına yazdığı təhqiredici sözlər bir daha göstərdiki ermənilər vandal bir millətdir. Artıq ermənilərə qapaz vurmağın vaxtı çatıbdır”.



Xəbəri paylaş

8568 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___