Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
QMİ-nin sədr müavini: “Ara qarışdırmaq istəyənlərin kimlər olduğunu bilirik”
Tarix: 01-07-2017 | Saat: 13:36
Bölmə:M / Karusel / Gündəm / İbadət | çapa göndər



"Hacı Cavad məscidinin Abdulla Şaiq küçəsi -79 ünvanındakı yeri ibadət üçün olduqca əlverişsiz idi və münasib deyildi, amma yeni ünvanda tikilən məscid bütün standartlara cavab verir".
 
Bunu açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, Hacı Cavad məscidi ilə bağlı müvafiq komissiyanın üzvü Hacı Fuad Nurullayev deyib. O bildirib ki, Abbas Mirzə Şərifzadə-1 ünvanında tikilən məscidin bir il ərzində istifadəyə veriləcəyi gözlənilir: "Yeni ünvanda tikilən məscid Azərbaycan prezidenti tərəfindən möminlərə ən böyük hədiyyələrdən biri hesab olunmalıdır. Mən bu işin içindəyəm və komissiyada QMİ-ni təmsil edirəm. Biz dövlətimizə, cənab prezidentə buna görə çox təşəkkür edirik, çox razıyıq. Ramazan ayında dindarların iştirakı ilə məscidin yeni ünvana köçürülməsi barədə qərar verildi ki, bu da mübarək ayda bir müjdə oldu. Baş nazirin müavini Yaqub Eyyubov da orada çıxışında bildirdi ki, yeni ünvanda tikilən məscid əvvəlkindən qat-qat gözəl olacaq və bu, prezidentimizin möminlərə hədiyyəsidir. Biz də, şeyxülislam həzrətləri başda olmaqla, buna xeyir-dua verdik". 
 
Hacı Fuadın sözlərinə görə, hazırda müəyyən qüvvələr var ki, bu məsələni fürsət bilib, ara qızışdırmaq, dini sabitliyi pozmaq istəyir: “Biz bunun haradan və kimlər tərəfindən təşkil olunduğunu bilirik. Buna uyub, kor olan gözlər varsa gedib, Cocuq Mərcanlıda tikilmiş məscidə, yeni ünvandakı Hacı Cavad məscidinə bir baxsınlar, bəlkə gözləri açılar. Məscidin köhnə ünvandakı yeri olduqca əlverişsiz, ibadət üçün münasib deyildi. Ətraf söküntü, məscid özü tamamilə yararsız vəziyyətdə idi. İndi o insanlar ki, sakitliyi pozmaq, aranı qarışdırmaq istəyirlər, onlar üçün bəhanə lazımdır. Amma onlar buna nail ola bilməyəcəklər”.


Xəbəri paylaş

7578 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___