Prezident İlham Əliyev "FADA"-nın rəhbərini qəbul edib
Tarix: 24-06-2017 | Saat: 19:35
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Fransa Respublikası Milli Assambleyanın keçmiş üzvü, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Manseli qəbul edib.
Dövlət başçısı İlham Əliyev Jan-Fransua Manselin ölkəmizə səfərinin Fransa-Azərbaycan əlaqələri haqqında bir daha danışmaq üçün yaxşı fürsət yaratdığını dedi. Prezident İlham Əliyev Azərbaycan həqiqətlərini Fransa ictimaiyyətinə, o cümlədən Fransanın siyasi dairələrinə çatdırdığına və Fransa-Azərbaycan əlaqələrinin inkişafında oynadığı çox böyük rola görə Jan-Fransua Manselə təşəkkür etdi.
Dövlət başçısı Fransa parlamentini təmsil edən nümayəndə heyətlərinin ölkəmizə müntəzəm səfərlərinin önəmini qeyd etdi. Ölkələr arasında ikitərəfli münasibətlərin inkişafında özünün Fransaya builki rəsmi səfərinin xüsusi yer tutduğunu vurğulayan Prezident İlham Əliyev səfərin yüksək səviyyədə keçdiyini və çox uğurlu olduğunu, Fransa-Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı çox səmimi söhbət aparıldığını dedi. Dövlət başçısı ölkələr arasında ikitərəfli əlaqələrin gələcəkdə də uğurlu olacağına əminliyini ifadə etdi.
Fransa Respublikası Milli Assambleyasının keçmiş üzvü, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel ölkəmizə səfər etməsindən və Prezident İlham Əliyev ilə yenidən görüşündən şərəf duyduğunu bildirdi. Jan-Fransua Mansel Fransa Senatı nümayəndələrinin ölkələrimiz arasında əlaqələrin inkişafına öz töhfələrini vermələri istiqamətində səylərini əsirgəməyəcəyini dedi və bu məqsədlə həyata keçirəcəkləri layihələr və fəaliyyət planları barədə dövlətimizin başçısına məlumat verdi.
Xəbəri paylaş
5868 dəfə oxunub.
Digər xəbərlər

29-04-2016, 01:07
BMT TŞ-nin iclası başladı
7-02-2021, 04:15
Ağciyəri təmizləyən, immuniteti gücləndirən qidalar
9-07-2017, 21:22
Səbinə 15 il sonra ayağa qalxdı - VİDEO
6-07-2015, 23:31
Bakıda liftdə qalan 7 nəfər xilas edildi
3-05-2018, 12:27
Bu xəbəri kişilər oxusun - Saqqallı, yoxsa saqqalsız?
12-01-2017, 20:32
Qızını qətlə yetirən ana: "Onu biabırçılığa son qoymaq üçün boğdum"
26-06-2015, 11:46
Bakının mərkəzində yanğın: qadın xəstəxanalıq oldu
10-11-2023, 09:36
Bakıda gəlin qayınanasını döyüb xəstəxanalıq etdi
24-12-2015, 09:31
Qılınc və Odla Saç Kəsən Maraqlı Qadın Bərbəri
17-11-2015, 17:40
Azercell internet şəbəkəsində yaranmış problemlərə aydınlıq gətirdi