Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Prezident: "O torpaqlarda da iftar süfrələri açılacaq"
Tarix: 21-06-2017 | Saat: 11:27
Bölmə:M / Karusel / Gündəm | çapa göndər


Böyüt

“Azərbaycan dünyəvi, müasir, dünyaya açıq olan dövlətdir. Azərbaycanda radikalizm, fundamentalizm yoxdur, daxildə hər hansı təhlükə mənbəyi yoxdur”. Bunu Azərbaycan prezidenti İlham Əliyev QMİ sədri şeyxülislam Allahşükür Paşazadənin müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında açdığı iftar mərasimində çıxışında deyib.
 
Prezidentin sözlərinə görə, bunun səbəbi təkcə hansısa inzibati addımlar deyil: “Bunun səbəbi cəmiyyətdə mövcud olan ab-havadır. Radikalizm, terrorizm harada canlanır, harada baş qaldırır?! O ölkələrdə ki, savadlılıq yoxdur. O ölkələrdə ki, sosial ədalət pozulur. O ölkələrdə ki, ədalətsizlik mövcuddur və səfalət yaşanır. Ona görə radikalizmə qarşı ən gözəl sığorta sosial ədalətdir, maddi rifahdır, savadlılıqdır, düzgün siyasətdir. Bu amillər olan yerdə radikalizm üçün heç bir əsas yoxdur. Düzdür, kənardan ölkəmizə müdaxilə oluna bilər. Ancaq Azərbaycan bu müdaxiləyə qarşı öz tədbirlərini görən, Azərbaycan xalqının rahat həyatını təmin edən kifayət qədər güclü dövlətdir.
 
Bax, budur, bugünkü Azərbaycan. Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm ki, bizim bütün uğurlarımızın təməlində düşünülmüş siyasət dayanır. Biz bütün istiqamətlər üzrə böyük uğurlara imza atmışıq. Bu gün də qeyd olundu ki, Azərbaycan İslam Həmrəyliyi Oyunlarında böyük uğurlar qazanıb, komanda hesabında birinci yerə layiq görülüb. Bu, böyük qələbədir. Ondan iki il əvvəl keçirilmiş Avropa Oyunlarında Azərbaycan komanda hesabında bütün Avropa ölkələri arasında ikinci yerə layiq görülmüşdür. İqtisadi sahədə bu ilin beş ayının göstəriciləri də çox ümidvericidir və müsbətdir. Qeyri-neft iqtisadiyyatımız 2 faizdən çox artıb. Qeyri-neft sənayemiz təxminən 4 faiz artıb. Kənd təsərrüfatı 2 faiz artıb. İxrac 44 faiz artıb, idxal təxminən 17 faiz azalıb. Bütün bunlar iqtisadi islahatlar, düşünülmüş siyasət hesabına mümkün olmuşdur.
 
Xarici siyasət məsələlərinin həllinə gəldikdə, bu gün Azərbaycanın dünya miqyasında o qədər böyük nüfuzu var ki, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır. Biz bütün ölkələrlə bərabərhüquqlu və qarşılıqlı hörmət əsasında münasibətlər qura bilmişik. Avropa ölkələri ilə, müsəlman ölkələri ilə və digər ölkələrlə biz çox gözəl münasibətlər qura bilmişik. Azərbaycan sivilizasiyalararası dialoqun inkişafında, - bu gün mən tam qətiyyətlə bunu deyirəm, - əvəzolunmaz rol oynayır və bundan sonra da biz bu rolu oynayacağıq. Bu, bir növ bizim məsuliyyətimizdir, eyni zamanda, bu, bizə lazımdır. Biz istəyirik ki, Azərbaycanda dinlərarası münasibətlər həmişə indiki kimi olsun. Azərbaycanda bütün dinlərin, millətlərin nümayəndələri həmişə bir ailə kimi yaşasın, necə ki, bu gün yaşayırlar. Bax, bizim siyasətimiz bundan ibarətdir. Mən demişəm, bir daha demək istəyirəm ki, öz xalqına, dininə hörmət başqa dinə, xalqa olan hörmətdən başlayır. Budur, bizim siyasətimiz və bu siyasət Azərbaycan ictimaiyyəti tərəfindən tam bəyənilir və dəstəklənir. Məhz bunun sayəsində biz bugünkü gözəl nəticələri görürük və bunu qeyd edirik.
 
Bu yaxınlarda xalqımızın, dövlətimizin tarixində çox əlamətdar hadisə baş vermişdir. İşğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində yeni qəsəbənin açılışı olmuşdur. Bu iki ay ərzində tikilmiş 50 ev, məktəb, yol və bütün infrastruktur həm bizim gücümüzü, həm də siyasətimizi göstərir. Onu göstərir ki, biz işğaldan azad ediləcək bütün əraziləri qısa müddət ərzində bərpa edəcəyik. O ərazilərə də həyat qayıdacaq, o ərazilərdə də Azərbaycan bayrağı qaldırılacaq. Necə ki, bu gün Füzuli, Cəbrayıl, Ağdərə rayonlarında işğaldan azad edilmiş torpaqlara həyat qayıdır, bu torpaqlarda Azərbaycan bayrağı dalğalanır, quruculuq işləri aparılır.
 
Cocuq Mərcanlı erməni faşizminin canlı şahididir. Bu kənd cəmi 3-4 ay ərzində işğal altında olub. O kənddə bir dənə də salamat bina qalmayıb. Erməni vəhşiləri bütün binaları dağıdıblar. Ancaq biz bu kəndi iki ay ərzində bərpa etdik və əlavə yüz evin tikintisi də yaxın zamanlarda öz həllini tapacaq. Cocuq Mərcanlıda Şuşa məscidinin bənzəri olan məscid tikilib. Bu da böyük tarixi məna daşıyır. Cocuq Mərcanlı və digər torpaqlar bizim əzəli torpaqlarımızdır. Biz bu torpaqlarda yeni həyat yaradırıq.
 
Bu, onu göstərir ki, Azərbaycan xalqının iradəsini heç kim sındıra bilməz. Biz Bakıda erməni kilsəsini bərpa etdik və onu qoruyuruq. Ermənilər isə işğal edilmiş torpaqlarda bizim məscidlərimizi dağıdıblar. Bənzəri Cocuq Mərcanlıda tikilən həmin o Gövhərağa məscidi dağılmış vəziyyətdədir. O binanı dağıtmaq olar, amma düşmən bilməlidir ki, dağılmış məscidlər bizim qəlbimizdə yaşayır. Biz bu məscidləri qəlbimizdə ucaltmışıq və torpaqlar işğaldan azad olunandan dərhal sonra iki ay ərzində gözəl məscid tikilib istifadəyə verilib. Bunun çox böyük tarixi mənası var. Mən əminəm ki, biz işğal edilmiş bütün torpaqlara qayıdacağıq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək və o torpaqlarda da belə gözəl iftar süfrələri açılacaq, İnşallah”, - deyə prezident qeyd edib.





Xəbəri paylaş

5778 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___