Azərbaycanda yeni dövlət qurumu yaradıldı - RƏHBƏRİ KİMDİR, HANSI İŞLƏRƏ BAXACAQ?
Tarix: 20-06-2017 | Saat: 21:16
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin yaradılması haqqında fərman imzalayıb. Sərəncamla aşağıdakılar yerinə yetiriləcək.
Ölkə ərazisində açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, həmin reklam daşıyıcıları üzərində yerləşdirilməsi nəzərdə tutulan reklamların istehsalı (hazırlanması) və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi” publik hüquqi şəxs yaradılıb.
Müəyyən edilsin ki, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən direktor rəhbərlik edir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş publik hüquqi şəxsin nizamnaməsinin layihəsini və təsisçisinin səlahiyyətlərini həyata keçirənlər barəsində təkliflərini on beş gün müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim olunsun.
4. Bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş publik hüquqi şəxs “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək, açıq məkanda reklam yerləşdirilməsi “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada davam etdiriləcək.
Bundan başqa Prezident İlham Əliyev Aydın İbadovun Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin direktoru təyin edilməsi haqqında sərəncam imzalayıb.Sərəncamla Aydın Münsüf oğlu İbadov Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin direktoru təyin edilib.
Xəbəri paylaş
5788 dəfə oxunub.
Digər xəbərlər

31-08-2017, 12:34
Dünən Miri Yusiflə görüşdü, bu gün vəfat etdi...- Arzusuna çatdı
11-10-2017, 10:35
Messi Argentinanı 3 qolla mundiala daşıdı - VİDEO
18-09-2015, 21:16
model İsa peyğəmbərin təsviri və ikonaları qarşısında poza verib
12-01-2018, 16:11
Azərbaycanda qısqanc kişi 27 yaşlı oğlanı niyə güllələdi? - TƏFƏRRÜAT
26-07-2021, 16:32
"Mərcan broyler" MMC- nin bir qrup işçiləri etiraza qalxdı... - FOTO
25-05-2016, 19:03
Ukrayna Azərbaycana reysləri ucuzlaşdırdı
9-06-2018, 10:43
Şəhid qızını öldürən iş adamının oğlunun şikayəti RƏDD EDİLDİ