Azərbaycanda vulkan püskürdü
Tarix: 12-06-2017 | Saat: 13:24
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Bu gün saat 07 radələrində Keyrəki palçıq vulkanında püskürmə baş verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti xəbər verir ki, vulkanın püskürməsi ümumən 15 dəqiqəyə yaxın olub. Vulkan püskürmə məhsulları şimal, şimal-şərq və şərq istiqamətlərində iki dil vasitəsilə 3,5 hektara yaxın əraziyə yayılıb. Püskürmə zamanı xaric olmuş püskürmə məhsullarının qalınlığı vulkan krateri zonasında 3 metrə yaxın, kənarlarında isə 0,2-0,3 metr təşkil edib.
Keyrəki palçıq vulkanı Bakı şəhərindən 12 km şimalda yerləşir. Qeyd edək ki, püskürmə zamanı yaxınlıqda yerləşən yaşayış məntəqələrinə hər hansı ziyan dəyməyib. Vulkanın yerləşdiyi tektonik çat zonasında bir neçə fəaliyyətdə olan palçıq vulkanı mövcuddur və onların da aktivləşmə ehtimalı artıb.
Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən püskürmə və onun nəticələri öyrənilir, müvafiq monitorinqlər həyata keçirilir.
Qeyd edək ki, Keyrəki palçıq vulkanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu"nun ərazisinə daxildir.
Bu günədək vulkan 18 dəfə püskürüb. Sonuncu dəfə vulkanın püskürməsi 2014-cü ildə qeydə alınıb.
Xəbəri paylaş
6768 dəfə oxunub.
Digər xəbərlər

8-05-2020, 01:22
Mixeil Saakaşvili Ukraynada vəzifəyə təyin olundu
24-12-2015, 18:37
Putin generalı işdən çıxardı
18-02-2017, 23:12
Xərçəngi və cinsi zəifliyi sağaldan MÖCÜZƏVİ BİTKİ
26-11-2015, 22:41
“Rusiya Türkiyəyə qoyduğu tur qadağasından nələr itirəcək?
29-07-2017, 12:28
İstirahət gününün HAVAsı
24-07-2017, 11:43
Bu içkilərdən için, daha yaxşı qaralın - reseptlər
17-11-2021, 10:30
Bakıda yeniyetmə qızın əməlləri görənləri dəhşətə gətirir - Taksi sürücüləri ilə... - VİDEO
13-01-2017, 19:58
Şəmkirdə dəhşət: Toya çağırılmayan gənc bəyi bıçaqladı - FOTO
3-09-2015, 01:29
"Instagram"dan növbəti möhtəşəm — YENİLİK!!!