Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Mərkəzi Bank kapital çatışmazlığını belə həll edəcək
Tarix: 24-06-2015 | Saat: 22:24
Bölmə:M / Karusel / İqtisadiyyat / M2 | çapa göndər

Mərkəzi Bank kapital çatışmazlığını belə həll edəcək
Prezident İlham Əliyev sərəncam imzalayıb
Xeberaz.az Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1282-IVQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

Dəyişikliklərə əsasən, qanunun 12.2-ci maddəsi aşağıdakı redaksiyada verilir:

“12.2. Kapital ehtiyatları formalaşdırıldıqdan və Mərkəzi Bankın illik maliyyə hesabatı auditor rəyi ilə təsdiqləndikdən sonra reallaşdırılmış mənfəətin sərbəst qalığı dövlət büdcəsinə köçürülür”.

Həmçinin, aşağıdakı məzmunda 13.2-ci maddə əlavə edilir:

“13.2. Xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində ilin sonuna yaranan zərərin ödənilməsi Mərkəzi Bankın kapital ehtiyatları hesabına təmin olunur”.

Bundan başqa, 14.2-ci maddə aşağıdakı redaksiyada verilir:

“14.2. Mərkəzi Bankın fəaliyyəti nəticəsində yaranmış kapital çatışmazlığı bir maliyyə ili təxirə salınmaqla dövlətin buraxdığı qiymətli kağızlar hesabına ödənilir”.


Xəbəri paylaş

6358 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___