İranın Azərbaycandakı səfirliyi terror aktı ilə bağlı açıqlama yayıb
Tarix: 08-06-2017 | Saat: 12:53
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
İranın Azərbaycandakı səfirliyi İranda baş vermiş terror hadisəsi ilə bağlı açıqlama yayıb.
Səfirliyin mətbuat xidmətindən verilən məlumata görə, səfirlik hadisəni pisləyərək bildirir ki, İran yarandığı gündən indiyədək bir çox acı hadisənin şahidi olub: “Bu gün İran sabitliyə məhz terrorizmlə mübarizə və daxili təhlükəsizliyini qorumaq nəticəsində müyəssər olub. İran regionun ən sabit və demokratik ölkələrindən biridir.
Bu yaxınlarda İranda xalqın 73%-dən çox hissəsinin iştirakı ilə təhlükəsiz şəraitdə seçkilər keçirilib. Ölkəmiz hər zaman regionda sülh və sabitliyin qorunmasına təkid edir. Son terror hadisəsini isə regionda sülh düşmənlərinin narahatlığı kimi analiz etmək olar. Bu hadisə İran İslam Respublikası dövləti və millətinin regionda izlədiyi sülh, təhlükəsizlik, əmin-amanlıq və inkişaf sahəsində ciddi iradəsinə heç bir mənfi təsir göstərməyəcək. İranın böyük milləti və millətin seçdiyi dövlət keçən illərdə olduğu kimi, indi də sülh və əmin-amanlığın möhkəmlənməsi, habelə terror qruplaşmaları ilə mübarizəni özünün haqqı sayır”.
Xəbəri paylaş
6098 dəfə oxunub.
Digər xəbərlər

25-09-2015, 00:30
Özünü yandıran taksi sürücüsünün ailəsindən reportaj - VİDEO
19-04-2022, 16:26
Misirdə qadın tik-tokerlərin həbsi davam edir
12-06-2017, 19:20
Nə Messi, nə Ronaldo - dünyanın ən bahalı futbolçusu...
31-10-2017, 10:29
Daşkəsəndə baş verən meşə yanğını söndürüldü - YENİLƏNDİ
6-01-2017, 00:15
Toppuş bacı hamıdan gizlətdiyi uşağının FOTOSU
11-08-2016, 23:35
Bank 9 ildən sonra müştəriyə 1 qəpiklik borc çeki göndərdi (FOTO)
26-08-2018, 14:46
İranın iqtisadiyyat və maliyyə naziri istefaya göndərildi
22-04-2018, 09:48
Dünyanın ən yaşlı insanı vəfat edib
27-11-2021, 11:28
Vüqar Biləcərinin atası: "Onu bədbəxt edən Samirə olub"
19-08-2016, 14:57
Millət vəkili Lənkəranskinin dəfnində - Foto