Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İran parlamentində və Xomeyni türbəsinin qarşısında atışma - ÖLƏN VƏ YARALILAR VAR - YENİLƏNİB - VİDEO
Tarix: 07-06-2017 | Saat: 11:28
Bölmə:M / Karusel / Gündəm / Xəbəraz TV | çapa göndər

 
11:18
Tehranın cənubunda İmam Xomeyninin məqbərəsində iki terrorçunun içəri daxil olması və qarşılarına çıxan hər kəsə atəş açması və 3-cü terrorçunun mavzoleyin qarşısında özünü partlatması nəticəsində 12 nəfərin yaralandığı deyilir.
Həmin terrorçuların İran parlamentinə hücum edən terrorçularla eyni qrupdan olduğu vurğulanır. İran polisi açıqlamasında deyib ki, parlamentdəki atışmada "Pəstərane İslami" korpusunun zabiti və iki mülki şəxs yaralanıb. Həmin şəxslər deputatların yanına gələn vətəndaşlardır. Parlamentin səlahiyyətlisi Əkbər Rəncbərbadi bildirib ki, bir terrorçu parlamentin foyesində zərərsizlşdirilib. İran parlamentinin təhlükəsizlik komitəsinin rəhbəri İlyas Həzrətinin dediyinə görə hücum edənlər 3 nəfər olub. Onlarda 2 kalaşnikov avtomatı və bir glock tapançası olub. Parlamentdə axtarışlar davam edir. Bəzi deputatlar bildirirlər ki, parlamentə 4 terrorçu daxil olub və atışmada 8 nəfər yaralanıb. Hazırda parlamentin 2-ci mərtəbəsinin sol korpusunda atışma səsləri eşidilir. Son xəbərlərə görə, yaralananların 3-ü qadındır. Qadınlardan birinin bacısı İran metropolitenində qatarların toqquşması nəticəsində yaralanandır.
İranlı millət vəkili Elias Hazrati terrorçularda kalaşnikov avtomatı və bir də tapança olduğunu bildirib.
Fars agentliyi bildirir ki, terrorçulardan biri parlamentin damında atışmada yaralanıb. Terrorçuların binaya şimal korpusdan daxil olduqları deyilir. Parlament ətrafında nəqliyyatın hərəkəti dayandırılıb.
Terrorçuların İranda illərdən bəri hakimiyyətə qarşı terror aksiyaları törədən "Xalq Mücahidləri"nin ("Mücahiddin Xalq") üzvü olduğu bildirilir.
------------
11:01
Xomeyni türbəsinin qarşısında isə 3 terrorçunun silahlı hücum təşkil etdiyi bildirilir.
Paytaxt Tehrandakı türbənin qarşısında 1 nəfərin öldüyü, 5 insanın yaralandığı deyilir.
---------------
10:45
Tasnim xəbər agentliyi parlament binasında bir neçə nəfərin girov götürüldüyü və silahlı qarşıdurmanın hələ davam etdiyini iddia edib.
Lakin Tasnim girov xəbərinin hələ səlahiyyətli orqanlar tərəfindən təsdiq edilmədiyini də əlavə edib. İranlı millət vəkili Elias Hazrati 3 silahlı terrorçunun iki vətəndaşı yaraladığını deyib. Terrorçulardan birinin həbs olunduğu açıqlanıb. Həmçinin Xomeyninin türbəsinin qarşısında də yaralılar olduğu haqda məlumatlar var.
-----------
10:30

İran parlamentindən silah səsləri gəlməyə davam edir.
Bir cangüdənin yaralandığı deyilir. Tasnim xəbər agentliyi isə 3 silahlı şəxsin iki nəfəri yaraladığı haqda xəbər yayıb.
Fars xəbər agentliyi isə bir kişi terrorçunun parlament binasından qaçdığını yazıb.
-------------


 



Xəbəri paylaş

5998 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___