Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Xamaneyidən ərəblərə sərt sözlər: "Amerikanın damazlıq inəyisiniz!"
Tarix: 28-05-2017 | Saat: 15:34
Bölmə:M / Karusel / Siyasət | çapa göndər


Son günlərdə İranla Səudiyyə Ərəbistanı arasındakı gərginlik daha da artıb. İranın ali dini lideri Ayətullah Əli Xamaneyi Ər-Riyad hökumətinin ünvanına sərt sözlər deyib. Ərəblərin ABŞ-dan 100 milyard dollarlıq silah alması ilə bağlı müqaviləyə münasibət bildirən İran lideri onların ünvanına “Amerikanın damazlıq inəyi” ifadəsini işlədib. Xamaneyi deyib: “İslam dünyasındakı bəzi xalqların taleyi dəyərsiz idarəedicilərin əlindədir. Məsələn, Səudiyyə Ərəbistanı. Bu tip hakimiyyətlər neft satışından əldə etdikləri sərvəti xalqlarının həyat səviyyəsinin yüksəlməsi əvəzinə kafircəsinə məhv edirlər. Bu axmaqlar pul verərək İslam düşmənlərinin səmimiyyətini qazanacaqlarını düşünürlər. Bunlar damazlıq inək kimidir. Südləri bitən kimi kəsilməyə məhkumdurlar”.










Xəbəri paylaş

6928 dəfə oxunub.

Digər xəbərlər
5-08-2015, 00:56 2 həftəyə 2 min insan

bütün xəbərlər
____ Instagram ___