Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıdan Türkiyəyə qatarla getmək olacaq (VİDEO)
Tarix: 24-06-2015 | Saat: 13:20
Bölmə:M / Karusel / İqtisadiyyat / Dünya / M2 / Xəbəraz TV | çapa göndər

Bakıdan Türkiyəyə qatarla getmək olacaq (VİDEO)
Avropa standartlarına cavab verən 30 sərnişin vaqonunun alınması planlaşdırılır.

Sərnişin və yük lokomativlərin yenilənməsi istiqamətində 2016-2018 illər proqramına əsasən dəmiryol nəqliyyatında yenidənqurma işlərinə start verilib.

Xeberaz.az -ın ANS TV-dan aldığımız məlumata görə, bunun üçün artıq Bakıya bu il ikimərtəbəli qatar gətirilib. Yeni qatarların hərəkəti üçün energetika və rabitə, siqnalizasiya xəttləri yenilənir. Bu işlər isə Böyük- Kəsik stansiyasından başlayaraq Bakıya qədər həyata keçirilir. Yenilənən dəmiryol xətti bir dispetçer pultu vasitəsilə idarə olunacaq. Bu işlərdən sonra 50 ədəd dəyişən cərayanlı yük və sərnişin lokomitivlərini də dəmiryol relslərində görmək olacaq.

“Azərbaycan Dəmiryolları”Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun dediyinə görə, bütün bu işlər çərçivəsində gələn il Qazaxıstandan 10 ədəd manevr tipli teplavoz gətiriləcək ki, onlar da yalnız stansiyalar arasında fəaliyyət göstərəcək.

Bundan əlavə ölkəyə 300 ədəd yeni yük vaqonları gətirilib. Daha 30 ədəd Avropa standartlarına cavab verən sərnişin vaqonlarının gətirilməsi nəzərdə tutulur. Bu işlər başa çatdırılandan sonra, gələn il Türkiyəyə sürətli qatar vasitəsilə gedib-gəlmək mümkün olacaq.




Xəbəri paylaş

5828 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___