Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Moskvanın böyük İrəvan narahatlığı
Tarix: 24-06-2015 | Saat: 12:28
Bölmə:M / Karusel / Siyasət / M2 | çapa göndər

Moskvanın böyük İrəvan narahatlığı
Kremldən Ermənistan paytaxtındakı hadisələr barədə xüsusi açıqlama verilib.
Kreml İrəvanda vəziyyətin tezliklə nizamlanmasına ümid edir.

Xeberaz.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistan prezidentinin iqamətgahının ətrafında keçirilən oturaq aksiyanı şərh edən zaman bildirib.

"Ümid edirik ki, yaxın zamanlarda vəziyyət qanunlara ciddi uyğunluq şəraitində nimzamlanacaq və heç bir qanun pozuntusu baş verməyəcək", - deyə Dmitri Peskov vurğulayıb.

İrəvanın Azadlıq meydanında iyunun 19-da başlanan oturaq “Talana yox” aksiyasının əsas tələbi elektrik enerjisi tariflərinin yüksəldilməsi barədə qərarı ləğv etmək olub. Iyunun 22-I saat 19-da aksiya prezident iqamətgahının qarşısına keçirilmişdi. Dünən səhər saatlarında erməni polisi prezident iqamətgahının qarşısında oturaq mitinqi güc yolu ilə dağıtdıqdan sonra axşam saat 22:30-da nümayişçilər yenidən yerlərini tutublar.

Ermənistanın bir sıra keçmiş və indiki deputatları, şou-biznes təmsilçiləri İrəvanın Baqramyan prospektində polis və nümayişçilər arasında canlı ət divarı çəkiblər. Onlar 2008-ci ilin mart ayının 1-də olduğu kimi polisin dinc nümayişçilərə güllə atmasından qorxurlar. Serj Sarkisyanın seçki saxtakarlığı ilə hakimiyyətə gəldiyi həmin günlərdə 8 dinc nümayişçi həlak olmuşdu.

Ermənistan polisi aksiya iştirakçılarına vaxt qoyub. Polisdən bildirilib ki, bu gün səhər saat 11:00-a qədər gözləyəcək və daha sonra lazımi ölçü götürəcək. Baqramyan prospektini etirazçılardan təmizləmək üçün hazırlıq işləri görülür. İrəvanın polis rəisi Aşot Karapetyan bildirib ki, deputatlar nümayişçilərlə danışıqlar aparacaq və onları yolu açmağa çağıracaqlar.

Ermənistan Tarif Şurası ötən çərşənbə günü keçirdiyi iclasda "Ermənistanın Elektrik Şəbəkəsi" şirkəti (EES) tərəfindən istehlakçılara çatdırılan elektrik enerjisinə yeni tarifləri müəyyənləşdirib. Yeni qərara əsasən, avqustun 1-dən etibarən əhali üçün elektrik enerjisinə yeni qiyməti 6,93 dram (təqribən 0,015 dollar) yüksələcək və gündüz vaxtları üçün bir kVAT/saat üçün 48,78 dama qədər (təxminən 0,1 dollar), gecə vaxtı isə 38,78 dram (təqribən 0,08 dollar) təşkil edəcək. EES-in verdiyi sifarişdə isə qiymətlərin 17,08 dram (təqribən 0,036 dollar) qaldırılması təklif edilirdi.


Xəbəri paylaş

7428 dəfə oxunub.

Digər xəbərlər
26-01-2016, 13:17 Sabirabadda məscid yandı

bütün xəbərlər
____ Instagram ___