Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Erməni polisi geriyə addım atdı (CANLI)
Tarix: 24-06-2015 | Saat: 11:35
Bölmə:M / Karusel / Siyasət / Gündəm / M2 | çapa göndər

Erməni polisi geriyə addım atdı (CANLI)
“Talana yox” aksiyası prezident iqamətgahının yolunu bağlamaqda davam edir.
Ermənistan polisi prezident iqaməthagı ətrafında keçirilən oturaq “Talana yox” aksiyası ilə bağlı heç bir xüsusi tədbir görməyəcək, çünki mitinq dinc xarakterlidir.

Xeberaz.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, bu barədə bu səhər oturaq aksiyanın keçdiyi Baqramyan prospektində jurnalistlərə Ermənistan polisinin rəis müavini Hunan Poqosyan bildirib.

“Amma mitinqin dinc xarakterli olmasına bayxmayaraq, fəalların getdiyi yol doğru deyil”, - deyə o vurğulayıb. Poqosyan qeyd edib ki, gecə polis vətəndaşlara söz verib ki, nümayişin dağıdılması üçün xüsusi vasitələrə əl atmayacaq və hazırda bu sözünə əməl edir.

Hazırda oturaq aksiyanın keçdiyi Baqramyan prospekti hərəkət üçün bağlıdır. Daha öncə erməni polisi nümayişçilərə saat 10-a kimi vaxt vermişdi ki, dağılsınlar. Göründüyü kimi erməni polisi vəziyyətlə barışmağa məcbur olub.

İrəvanın Azadlıq meydanında iyunun 19-da başlanan oturaq “Talana yox” aksiyasının əsas tələbi elektrik enerjisi tariflərinin yüksəldilməsi barədə qərarı ləğv etmək olub. Iyunun 22-I saat 19-da aksiya prezident iqamətgahının qarşısına keçirilmişdi. Dünən səhər saatlarında erməni polisi prezident iqamətgahının qarşısında oturaq mitinqi güc yolu ilə dağıtdıqdan sonra axşam saat 22:30-da nümayişçilər yenidən yerlərini tutublar.

Ermənistanın bir sıra keçmiş və indiki deputatları, şou-biznes təmsilçiləri İrəvanın Baqramyan prospektində polis və nümayişçilər arasında canlı ət divarı çəkiblər. Onlar 2008-ci ilin mart ayının 1-də olduğu kimi polisin dinc nümayişçilərə güllə atmasından qorxurlar. Serj Sarkisyanın seçki saxtakarlığı ilə hakimiyyətə gəldiyi həmin günlərdə 8 dinc nümayişçi həlak olmuşdu.

Ermənistan Tarif Şurası ötən çərşənbə günü keçirdiyi iclasda "Ermənistanın Elektrik Şəbəkəsi" şirkəti (EES) tərəfindən istehlakçılara çatdırılan elektrik enerjisinə yeni tarifləri müəyyənləşdirib. Yeni qərara əsasən, avqustun 1-dən etibarən əhali üçün elektrik enerjisinə yeni qiyməti 6,93 dram (təqribən 0,015 dollar) yüksələcək və gündüz vaxtları üçün bir kVAT/saat üçün 48,78 dama qədər (təxminən 0,1 dollar), gecə vaxtı isə 38,78 dram (təqribən 0,08 dollar) təşkil edəcək. EES-in verdiyi sifarişdə isə qiymətlərin 17,08 dram (təqribən 0,036 dollar) qaldırılması təklif edilirdi.


Xəbəri paylaş

5908 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___