Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rəqsanə Zeynəb Xanlarovanın cavabını verdi
Tarix: 23-06-2015 | Saat: 23:34
Bölmə:M / Karusel / Şou-Biznes / M2 / Məşhurların Taleyi | çapa göndər

Rəqsanə Zeynəb Xanlarovanın cavabını verdi

Müğənni Rəqsanə İsmayılova xalq artisti, millət vəkili Zeynəb Xanlarovanın onun haqqında söylədiyi fikirlərə münasibət bildirib.


Xeberaz.az
xəbər verir ki, sənətçi axşam.az-a açıqlamasında "Zeynəb Xanlarova ilə konsert verəcəyəm" sözlərini işlətmədiyini deyib: “Gündəlik” verilişində qonaq olarkən xalq artistlərindən biri ilə konsert edəcəyimi bildirdim. Dedim ki, onun mahnılarını oxuyacam, eyni səhnəni bölüşəcəm. Aparıcı Mətanət Əliverdiyeva isə “Yəqin, bu Zeynəb Xanlarovadır” deyə fikir bildirdi. Mən onun bu sözünü təsdiqləməmişəm, Zeynəb Xanlarovanın adını çəkməmişəm. Bu, aparıcının öz fərziyyəsi idi. Mən yalnız “Zeynəb xanımı çox sevirəm” deyə, cavab vermişəm. Mənim tək günahım orada aparıcının sözlərini inkar etməmək oldu. Bu xəbəri Zeynəb Xanlarovaya başqa formada çatdırıblar, o da əsəbiləşib. Əgər verilişi izləsələr, hamı görəcək ki, mən Zeynəb xanımın adını hallandırmamışam”.

Qeyd edək ki, Z.Xanlarova R.İsmayılova ilə birgə konsert verəcəyi barədə xəbərləri inkar edərək bunları deyib: “Əvvəla, bütün yaradıcılığı boyu heç kimlə, hətta dünyanın ən ünlü sənətkarları ilə belə səhnəsini paylaşmayan Zeynəb Xanlarova niyə indi kiminləsə onun öz ansamblı ilə çıxış etməlidir? Bu yağışdan sonra göbələk kimi artan şou müğənniləri hansı kimyəvi gübrələrlə yetişdirilirlər ki, belə məsuliyyətsizcəsinə tamaşaçını, xalqı aldadırlar, rahat bir şəkildə onlara yalan danışırlar? Bununla da xalqın hissləri ilə oynadıqlarını, onları təhqir etdiklərini anlamırlarmı? Axı onlar bu xalqın çörəyini yeyir, bu xalqın içində yaşayır. Xalqı necə aldatmaq, necə ona yalan danışmaq olar. Mən bunu anlaya bilmirəm?”.


Xəbəri paylaş

7848 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___