Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bahar Muradova: “Bu addım Azərbaycana qarşı düşmənçilik mövqeyidir”
Tarix: 16-05-2017 | Saat: 13:17
Bölmə:M / Karusel / Gündəm | çapa göndər


“Bu qərar ilk növbədə Rusiyanın daxildə sərbət toplaşmaq azadlığına və vətəndaşına olan münasibətinin göstəricisidir”.

Məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı Parlamentin sədr müavini Bahar Muradova bildirib. 
Vitse-spiker deyib ki, bu qərarı Rusiya dövlətinin məqsədli siyasəti hesab etmək də olmaz:
“Biz Azərbaycanda rus dilini və mədəniyyətini ona görə inkişaf etdirmirik ki, bu Rusiyanın xoşuna gəlsin! Sadəcə olaraq biz burada yaşayan xalqlara qarşı adekvat münasibət göstəririk. Azərbaycanda tolerantlıq hökm sürür və burada yaşayan istənilən xalqa qarşı eyni hörmət var. Amma təbii ki, biz də istərdik ki, başqa ölkədə yaşayan azərbaycanlılara da belə münasibət göstərilsin!”.
B.Muradova qeyd edib ki, Rusiyada Azərbaycanı sevməyən dairələr var: 
“Lakin uzun illər iki ölkə arasında münasibətlərin inkişaf səviyyəsinə gəlib çıxıbsa, demək ki, orada bizi sevənlər də çoxdur. Bu onların bəzi politoloqları, siyasətçiləri tərəfindən açıq şəkildə deyilir. Bu addım Azərbaycana qarşı düşmənçilik mövqeyidir. Onları bu hərəkətlərdən çəkindirmək üçün imkanlarını işə salmağa çalışmalıyıq. Bu məsələlər hüquq müstəvisində həll olunmalıdır. Düşünürəm ki, məsələ öz həllini tapacaq. Azərbaycanlı Rusiya vətəndaşlarından tələb olunur ki, onlar buraxdığı nöqsanları aradan qaldırsınlar. Birliyə, həmrəyliyə, dostluğa vahid mövqedən çıxış etməyə söykənərək, məsələnin həllində vasitəçi olsunlar. ÜAK-ın burada mövqeyi əsasdır. Ümid edirəm ki, məsələ yaxın zamanda həllini tapacaq”.


Xəbəri paylaş

7938 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___