Erməni samboçu Bakıda xəstəxanalıq oldu
Tarix: 23-06-2015 | Saat: 22:57
Bölmə:M / Karusel / İdman / M2 / Fotogalereya | çapa göndər
“Güləşərkən o, boyun zədəsi aldı və ona təcili tibbi yardım göstərildi”.
I Avropa Oyunları çərçivəsində Azərbaycanda olmuş erməni idmançı xəstəxanaya aparılıb.
Xeberaz.az -ın APA-ya istinadən xəbərinə görə, iyunun 22-də keçirilmiş sambo yarışlarında 52 kq çəki dərəcəsində tatami üzərinə çıxan rusiyalı idmançı Anna Xaritonova Ermənistan təmsilçisi Sosa Balasanyanla qarşılaşıb. 4-0 hesabı ilə qalib gələn Rusiya təmsilçisinin fəndi zamanı ermənistanlı samboçu zədələnib və o, kəllə-beyin travması şübhəsi ilə xəstəxanaya aparılıb.
Xəstəxanada S. Balasanyana yüksək səviyyədə ilkin tibbi yardım göstərilib. Bunu idmançının səhhəti barədə APA-ya danışan Avropa Oyunlarında Ermәnistan nümayәndә heyәtinin press attaşesi Karen Qilayan bildirib. O deyib ki, Balasanyanın səhhətində ciddi problem yoxdur: “Güləşərkən o, boyun zədəsi aldı və ona təcili tibbi yardım göstərildi. Müəyyən olundu ki, bu, adi boyun burxulmasıdır və indi hər şey normaldır, heç bir problem yoxdur. İdmançımız artıq vətənə qayıdıb”.
Azərbaycanlı həkimlərin S.Balasanyanı müayinə etməsinə münasibət bildirən K.Qilayan vurğulayb ki, ciddi müalicəyə ehtiyac olmayıb: “İdmançımız tibb mərkəzində 2-3 saat saxlanıldı, həkimlər rentgen etdilər, sonra isə Atletlər Kəndindəki poliklinikada da müayinədən keçirdilər. Müayinə zamanı hər hansı ciddi problemin olmadığı müəyyənləşdi”.
Xəbəri paylaş
5368 dəfə oxunub.
Digər xəbərlər

22-12-2015, 21:18
Vergidən yayınan müğənnilərin - TAM SİYAHISI
13-06-2017, 19:19
Ərzaq məhsullarının qiyməti UCUZLAŞDI
29-11-2016, 13:47
"Dəmir yollarında da qiymət qalxacaq" - Cavid Qurbanov
20-03-2016, 12:54
Sabah güclü külək əsəcək
17-02-2022, 10:53
Azərbaycanda ərini qorxutmaq istəyən 28 yaşlı qadından ŞOK HƏRƏKƏT
7-05-2022, 09:58
Bakıda daha bir məktəbli qız özünü binadan atdı - VİDEO
14-12-2016, 17:39
Rusiyada "quş qrupi" təhlükəsi: Azərbaycan məhdudiyyət qoydu
16-05-2021, 00:09
Soğanla sarımsağı birgə yeməyin, dolmaya qatıq vurmayın - Tanınmış həkimdən qadağalar
31-07-2018, 17:49
Rusiyanın Gümrüdəki bazasında dava: Yaralılar var