“Eurovision 2017”-nin qalibi bəlli oldu
Tarix: 14-05-2017 | Saat: 10:43
Bölmə:M / Karusel / Gündəm / Şou-Biznes / Fotogalereya | çapa göndər
Mayın 13-də Kiyevin Beynəlxalq Sərgi Mərkəzində keçirilən “Eurovision-2017” mahnı müsabiqəsinin qalibi müəyyən edilib.
“Eurovision 2017” mahnı müsabiqəsinin birincisi bu ilki təmsilçilər arasında Portuqaliya təmsilçisi Salvador Sobral olub. O, Amar Pelos Dois mahnısını ifa edərək, 758 xalla birincilik əldə edib. Azərbaycan təmsilçisi Diana Hacıyeva isə 120 xal toplayaraq müsabiqədə 14 yeri tutub.
Qeyd edək ki, İtaliya və Portuqaliya Azərbaycana 12 xal verib. Gürcüstan və Yunanıstan Azərbaycana 10 xal, San-Marino, Moldova, Bolqarıstan 5 xal, Ukrayna 6 xal, Macarıstan və Belçika 4 xal, Albaniya 2 xal, İrlandiya, Kipr, Polşa isə 1 xal verib. Ümumilikdə münsiflər tərəfindən Diana Hacıyevaya 78 xal verilib.
Tamaşaçı səsverməsi Azərbaycana 42 xal gətirib. Beləliklə, Azərbaycan təmsilçisi Diana Hacıyeva müsabiqədə 120 xal toplayıb.
Azərbaycan 8 balı Portuqaliyaya, 10 balı Moldovaya, 12 balı isə Belarusa verib.
Portuqaliya 758, Bolqarıstan 615 və Moldova 374 xalla “Eurovision 2017” mahnı müsabiqənin ilk üçlüyündə yer alıblar.
Qeyd edək ki, Ukraynada keçirilən 62-ci “Eurovision” mahnı müsabiqəsində 42 ölkənin nümayəndələri iştirak edib. “Eurovision 2017” mahnı müsabiqəsinin final mərhələsində 26 ölkə təmsilçisi öz səhnə perfomanslarını nümayiş etdiriblər. Azərbaycan təmsilçisi Diana Hacıyeva səhnəyə 12-ci çıxaraq “Skeletons” mahnısını səsləndirib.
Beləliklə, “Eruovision 2018” yarışması Portuqaliyada baş tutacaq.
Xəbəri paylaş
8348 dəfə oxunub.
Digər xəbərlər

27-08-2019, 09:49
Bakıda arvad evdən pulları götürüb qaçdı - kişi polisə dedi
4-09-2018, 14:02
Porno ulduzla rahib evləndi, dindar həyata başladılar — FOTOLAR
11-06-2016, 20:55
Pul köçürmələrinə görə Azərbaycan MDB-də liderdir
10-09-2022, 11:10
Şəhərlərarası sərnişindaşımada gediş haqqı nağdsız olacaq - VİDEO
7-05-2017, 20:10
45 yaşlı kişi ilə sevgili olan Ayselin elə fotosu yayıldıkı...
6-09-2017, 11:21
Azərbaycan Sarkisyanı Qarabağa gətirən helikopteri vura bilərmi?..
18-02-2016, 20:10
Küləkli hava Şirvanda və ətraf rayonlarda fəsadlar törədib
15-11-2022, 12:15
Şəmkirdə 15 yaşlı qız əmisi oğluna ərə verilir - DİN-dən REAKSİYA
21-06-2017, 12:56
Rəsmi nikah olmadan kəbin kəsən mollalara XƏBƏRDARLIQ
18-07-2016, 00:37
Şəmkirdə toyda kütləvi dava: 3 nəfər bıçaqlandı