Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Bakcell” balansdan “oğurladığı” qəpiklərdən milyonlar qazanır
Tarix: 23-06-2015 | Saat: 01:27
Bölmə:M / Karusel / İqtisadiyyat / Maraqlı / M2 | çapa göndər

“Bakcell” balansdan “oğurladığı” qəpiklərdən milyonlar qazanır

- Bildiyimiz kimi mətbuatda mobil operatorların vətəndaşlara yaratdığı problemlə bağlı dəfələrlə yazılar dərc olunub.

Xeberaz.az xəbər verir ki, Qafqaz Xəbər Agentliyi bildirir ki, bunlardan ən önəmlisi isə xəbərsiz olaraq balansdan pulun yoxa çıxmasıdır. Yəni, müəyyən vaxtlarda ya lazımsız mesajlar üçün, ya da başqa bəhanələrlə müxtəlif məbləğlər tutulur.

Bu da vətəndaşların haqlı narazılığna səbəb olur. İndi isə “Bakcell”in balansdan növbəti “pulyığma” taktikasından söhbət açacağıq. Mən özüm də bir vətəndaş olaraq Bakcell şirkətindən narazıyam və mənim nömrəmin balansından pullarımın necə yoxa çıxmasını dəfələrlə müşahidə edəndən sonra bunu ictimailəşdirmək qərarına gəldim.

Məlumdur ki, nömrədə kontur bitdiyi vaxt və təcili zənglər üçün məcburən kredit almağa üz tuturuq. Mən də nömrəmin balansında son 4, 5, ya da 6 qəpik qaldıqda zəng getmədiyi üçün kredit götürmüşəm. Kreditin qiyməti 1 manat olduğu halda kredit götürdükdən sonra nömrəmin balansında ya 1 manat ya da 0.98 qəpik göstərir.

Yəni əvvəl balansda olan 4, 5, və ya 6 qəpik hara getdiyi bilinmir. Balansa kontur vurulduqda isə 20 qəpik kredit haqqı çıxılır. Burdan belə sual ortaya çıxır ki ,əgər kredit haqqı çıxılırsa balansda olan müəyyən məbləğlər hara və niyə silinir..? Nəzərə alsaq ki, Bakcell-in bir milyon istifadəçisi var və hər bir istifadəçinin balansından hər dəfə kredit götürdükdə 4, 5, 6 qəpik çıxılsa və bunu bir aya, bir ilə vurduqda isə yüz minlərlə vəsaitin vətəndaşlardan mənimsənilməsi hadisəsi baş verir.

Vətəndaşın balansından 4, 5, və ya 6 qəpik silindikdə çox vaxt vətəndaş bunu hiss eləmir. Buna şahid olduqda isə az məbləğ olduğu üçün reaksiya vermir. Ancaq nəzərə almaq lazımdır ki, bir milyon istifadəçisi olan Bakcell üçün bu az məbləğ yüz minlərlə vəsait olur. Vətəndaşların görə bilmədiyi bu az məbləğdən Bakcell milyonlar qazanır.


Xəbəri paylaş

6978 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___