Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda Qafqazın ən böyük məscidindən sevindirən xəbər (VİDEO)
Tarix: 23-06-2015 | Saat: 00:43
Bölmə:M / Karusel / Gündəm / M2 / Xəbəraz TV | çapa göndər

Bakıda Qafqazın ən böyük məscidindən sevindirən xəbər (VİDEO)
Heydər Məscidi yaxın vaxtlarda ibadət üçün möminlərin üzünə açıq olacaq
Qafqazın ən böyük məscidi olan Heydər Məscidi yaxın vaxtlarda ibadət üçün möminlərin üzünə açıq olacaq.

Xeberaz.az xəbər verir ki, Heydər Məscidi - həm arxitektur, həm də dini baxımdan bütün gözəllikləri özündə birləşdirən möhtəşəm ibadət evi. Bundan əvvəl dekabr ayında da burada olmuşduq. Bu dəfə isə mübarək Ramazan ayının 5-ci günündə Qafqazın ən böyük məscidindəyik.

Məscidin dövlət səviyyəsində açılışı ötən ilin dekabr ayında baş tutub. Lakin açılışdan 6 ay keçsə də, məscid hələ də dini ayinlər icra olumur.

Heydər Məscidi Kompleksi İdarəsinin sədri Sabir Həsənli bildirdi ki, məsciddə hələlik kiçik təmir işləri yekunlaşmayıb: "İşlər yekunlaşdıqdan sonra mütləq açılacaq.Allah evi bağlı qala bilməz”.

Məscid açıldıqdan sonra isə burada iş digər ibadət evlərindən fərqli qurulacaq.

Sabir Həsənlinin sözlərinə görə, Qafqaz Müsəlmanları İdarəsi tanıdığı Qazilər, səlahiyyətli nümayəndələr, eləcə də tanınmış imamlar və axundlar dəvət olunacaq.Məhz cümə ibadətləri burada həyata keçiriləcək.

Prezidentin şəxsi tapşırığı ilə inşa olunan Heydər məscidi Şirvan-Abşeron memarlıq üslubunda tikilib. Məscid 4200 kvadrat metr sahəni əhatə edir və burda 5 mindən çox insan eyni vaxtda ibadət edə bilər.

Memarlıq nümunəsinin fasadı quran ayələri və xüsusi şərq ornamentlərilə bəzədilib. İbadət evini hər birinin hündürlüyü 95 metr olan 4 minarə əhatə edir. Minarələrdə müasir lift sistemi quraşdırılıb.

Məscidin fasad arxitekturasında yer alan ornamentlərdən interyerin bəzədilməsində də istifadə edilib.

Divarlara və hündürlüyü 55 metr olan baş günbəzə xüsusi bəzək elementləri vurulub.

Məscidin xalçası isə Şeyx Səfi xalçası üslubunda dizayn edilib. Bütün bu özəllikləri daşıyan Qafqazın ən böyük məscidi cəmi iki ilə tikilib.



Xəbəri paylaş

6558 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___