Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı ictimi birliyinin ofisində Ulu Öndər Heydər Əliyevin anadan olamsının 94-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib + FOTO
Tarix: 11-05-2017 | Saat: 01:56
Bölmə:M / Karusel / Gündəm / Reportaj | çapa göndər





Ilk önçə tədbir iştirakçıları fəxri xiyabanda ulu öndərin məzarin ziyarət etdilər.
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı ictimi birliyinin sədr müavini Həbib Misirov bildirdi ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev haqda danışmaq, o böyük şəxsiyyətin vətənimiz, xalqımız, dövlətimiz üçün gördüyü işlərin az bir qisminə nəzər salmaq hər bir azərbaycanlı kimi bizim üçün də böyük şərəf və məsuliyyətdir. Ulu öndər Heydər Əliyev Tanrının Azərbaycan xalqına, dövlətçiliymizə bəxş etdiyi əvəzsiz şəxsiyyətdir. O öz missiyası, əməlləri ilə təkcə Azərbaycan tarixinə deyil, bütün dünya tarixinə öz adını həkk etmiş dahi siyasətçi və böyük liderdir. Belə ki, böyük Heydər Əliyevin iqtisadi-siyasi kursunu inamla, uğurla həyata keçirən müasir dünyanın nüfuzlu dövlət başçılarından biri olan hörmətli Prezident İlham Əliyev atdığı uzaqgörən addımlarla göstərdi ki, Azərbaycan dövləti güclüdür, qüvvətlidir və Ulu Öndərin etibar etdiyi dövlətçilik sükanı etibarlı əllərdədir.
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı ictimi birliyinin layihələr üzrə rəhbəri Həqiqət xanım Şükürova bildirdi ki, müstəqilliyimizi yenicə əldə etdiyimiz dönəmdə xalqın təkidi ilə hakimiyyətə qayıdan Heydər Əliyev dövlətimizi məhv olmaqdan xilas etdi.Qısa müddət ərzində siyasi arenada öz müdrik qərarları ilə Azərbaycanın xeyrinə dönüş yaradan Heydər Əliyev həm daxili və həmdə xarici siyasətdə nəzarəti tam olaraq ələ aldı.O vaxt Azərbaycanda xaos hökm sürürdü. Bu gün Azərbaycanda sabitlikdir. O vaxt Azərbaycanda hərc-mərcilk var idi. Bu gün Azərbaycanda sülhdür, əmin-amanlıqdır. 
Əməkdar müəllim Mirsəyyaf Zamanlı və digər çıxış edənlər bildirdilər ki, Heydər Əliyevin respublika rəhbərliyinə bu böyük qayıdışı siyasi-iqtisadi böhran içində boğulan Azərbaycanı böyük fəlakətlərdən xilas etdi. Müdrik rəhbərin qısa zaman kəsiyində həyata keçirdiyi tədbirlərlə cəbhə xəttində atəşkəsə nail olundu, qanunsuz silahlı dəstələr zərərsizləşdirildi, dövlət çevrilişi cəhdlərinin və terror aktlarının qarşısı alındı.
Sonda Dədə Şəmşirin Ulu öndər Heydər Əliyevə həsr etdiyi Zərli taç kamallı başa yaraşır adlı poemasından şerlər sələndirdilər.


























Xəbəri paylaş

1 4058 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___