Azərbaycan və Mali prezidentlərinin görüşü olub
Tarix: 05-05-2017 | Saat: 13:33
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Azərbaycan prezidenti İLHAM ƏLİYEV ölkəmizdə səfərdə olan Mali Respublikasının prezidenti İbrahim Boubakar Keita ilə görüşüb.
apa-nın məlumatına görə, görüşdə Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun önəmi xüsusi vurğulanıb, ölkələrimiz arasında siyasi əlaqələrin səviyyəsindən məmnunluq ifadə edilib, iqtisadi sahədə də əməkdaşlığın inkişaf etdirilməsinin önəmi qeyd olunub.
Azərbaycanda yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən Mali prezidenti dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin son illər sürətli inkişaf yolu keçərək dünyada böyük nüfuz qazandığını diqqətə çatdırıb. Prezident İbrahim Boubakar Keita ölkəmizdə keçirilən seçkilərdə dövlət başçısının yüksək səs qazanmasının xalqın Azərbaycan prezidentinə inamının və etimadının göstəricisi olduğunu diqqətə çatdırıb. Azərbaycanın sürətli inkişafından məmnunluğunu ifadə edən Mali prezidenti Bakının dünyada mədəniyyətlərarası dialoq mərkəzinə çevrildiyini vurğulayıb.
Azərbaycan ilə ikitərəfli əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını bildirən ali qonaq iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən kənd təsərrüfatı sahəsində Azərbaycanın təcrübəsinə, texniki imkanlarına, eləcə də idarəçilik təcrübəsinin öyrənilməsinə ehtiyac duyduqlarını bildirib. Mali prezidenti hərbi-texniki, enerji sahələrində də Azərbaycan ilə əməkdaşlığın yaxşı perspektivlərinin olduğunu, terrorçuluğa qarşı mübarizədə ölkəmizin təcrübəsinin öyrənilməsinə maraq göstərdiklərini bildirib.
Azərbaycan ilə Mali arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu deyən prezident İLHAM ƏLİYEV ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq etdiklərini vurğulayıb. Dövlət başçısı ölkələrimiz arasında iqtisadi əməkdaşlıq, qarşılıqlı ticarət və sərmayə qoyuluşu imkanlarının araşdırılmasının önəmini qeyd edib.
Xəbəri paylaş
6948 dəfə oxunub.
Digər xəbərlər

19-04-2018, 17:04
Vətəndaşların yol polisindən etdiyi şikayətlər açıqlanıb - SİYAHI
20-05-2018, 10:20
Bərdə sakininin qeyri-adi istedadı - VİDEO
21-12-2021, 11:17
Masallıda 1 saylı tam orta məktəbin direktoru müəllimi DÖYDÜ... - GİLEY
14-11-2019, 01:05
Şirvan Şəhər Məhkəmə sədri Elçin Qurbanov sözünü tutmadı... Ədalətsiz Qərar çıxartdı.
1-06-2017, 21:57
DYP sürücülərə müraciət etdi
18-11-2018, 11:06
Bu 4 şərt yerinə yetirilsə, Allah günahları bağışlayar
4-09-2017, 15:52
Peyğəmbər və səhabələri bütləri və pirləri necə dağıtdılar?
4-12-2018, 10:56
Cəlilabadda narkobaron saxlanılıb (FOTO)
23-03-2015, 21:42
UEFA-dan yeni qərar
29-12-2015, 12:58
Azərbaycanda cizgi film qəhrəmanından qeyri-etik hərəkətlər - VİDEO