BMT-nin ali nümayəndəsi: “Dünyada İlham Əliyev kimi liderlərə böyük ehtiyac var” - YENİLƏNİB
Tarix: 04-05-2017 | Saat: 13:12
Bölmə:M / Karusel / Siyasət / Gündəm | çapa göndər
Azərbaycan prezidenti İLHAM ƏLİYEV BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasseri qəbul edib.
apa-nın məlumatına görə, görüşdə Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi baxımından önəmi qeyd edilib.
Nassir Abdulaziz Al-Nasser BMT nin Azərbaycan prezidentinin liderliyini yüksək qiymətləndirdiyini bildirib: “Bu liderlik özünü xüsusilə mədəniyyət, dinlərarası dialoqda və qarşılıqlı anlaşmada göstərir. Bu, çox önəmli məsələdir. Dünya çətin bir dövrü yaşayır. Biz digər ölkələrlə müqayisədə Azərbaycana baxanda, burada sizin rəhbərliyinizlə sabitliyin və təhlükəsizliyin yüksək səviyyədə təmin olunduğunu görürük. Dünyada sizin kimi liderlərə böyük ehtiyac var, biz bunu yüksək qiymətləndiririk”.
Dövlət başçısı xoş sözlərə görə minnətdarlığını bildirib. Prezident İLHAM ƏLİYEV Nassir Abdulaziz Al-Nasserin dünyada sivilizasiyalararası dialoqun inkişafı və möhkəmləndirilməsi işinə böyük töhfə verdiyini vurğulayıb, ötən il Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun, həmçinin IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkilində onun rolunu və verdiyi dəstəyi yüksək qiymətləndirib.
Prezident İLHAM ƏLİYEV Azərbaycan ilə BMT arasında uğurlu əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirib.
*** 11.18
Prezident İLHAM ƏLİYEV mayın 4-də BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasseri qəbul edib.
apa-nın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Xəbəri paylaş
7688 dəfə oxunub.
Digər xəbərlər

31-12-2016, 11:44
Sabahdan isti suyun qiyməti dövlət tərəfindən tənzimlənməyəcək
27-08-2015, 11:52
Nazirlik əməkdaşları dəhşətli qəzaya düşdü: 4 ölü – VİDEO
13-09-2019, 09:58
Tovuzda güllələnən vəkil kimdir? - FOTO
4-12-2022, 11:37
Azərbaycanlı bloqer "sərvət" dəyərində lüks avtomobil aldı
30-04-2022, 11:02
Valideynlərin diqqətinə: Övladınızda bu xüsusiyyətlər varsa, o, xüsusi istedadlıdır!
5-10-2016, 21:07
Miqrantlar yük maşınında aclıqdan öldülər