Çin “İpək yolu” ölkələrinə sürətli qatarlar verəcək
Tarix: 03-05-2017 | Saat: 09:32
Bölmə:M / İqtisadiyyat / Dünya | çapa göndər
Yeni “İpək yolu” marşrutu boyunca yerləşən ölkələr Çinin 2020-ci ilədək istehsal edəcəyi 400 km sürətlə hərəkət edən qatarlardan istifadə edə biləcəklər.
APA-nın xəbərinə görə, bunu “China Daily” nəşrinə “China Railway Rolling Stock Corp.” şirkətinin törəmə “CRRC Changchun Railway Vehicles Co” şirkətinin baş mühəndisi Tsyao Fen deyib.
Onun sözlərinə görə, yeni qatarın istehsalında karbon liflər və alüminium ərintisi kimi yeni materiallardan istifadə ediləcək. Qatarlar yeni “İpək yolu” marşrutu boyunca yerləşən ölkələrin istifadəsinə 2020-ci ilədək veriləcək. Tsyao Fen əlavə edib ki, yeni qatarlar regional münasibətlərin, habelə Çin və yeni “İpək yolu” marşrutu boyunca yerləşən ölkələr arasında ticarət əlaqələrinin inkişaf etdirilməsinə imkan yaradacaq.
Qeyd edək ki, Çin 2013-cü ildə iqtisadi inkişafın “Bir kəmər-bir yol” yeni strategiyasını elan edib. Bu strategiya Avrasiya ölkələri arasında infrastrukturun yaradılması və əlaqələrin inkişaf etdirilməsinə yönəlib. Strategiyaya iki əsas inkişaf istiqaməti daxildir: “İpək yolu”nun iqtisadi kəməri və dəniz “İpək yolu”. Söhbət malların güzəştli şərtlər əsasında Şərqdən Qərbə tədarük olunması üçün ticarət dəhlizinin yaradılmasından gedir.
Xəbəri paylaş
6068 dəfə oxunub.
Digər xəbərlər

21-02-2016, 22:15
BÜTÜN BƏDƏNİNİZİ 5 YAŞ GƏNCLƏŞDİRƏN XÜSUSİ MASKALAR
18-11-2019, 18:52
"Siyasi mühacir" alverinin gizlinləri — Ermənilərdən kim nə qədər alırmış - ŞOK DETALLAR
23-12-2015, 12:04
Siqaretlərin yeni qiymətləri - SİYAHI
21-05-2017, 12:19
Qatıq suyu ilə bir çox xəstəlikdən qurtulun
11-09-2016, 16:06
Nazir gəlini Safurə əri ilə poz verdi -Yeni Fotolar
13-05-2015, 16:32
Onun üzərində 1 kiloqramdan artıq heroin və həşiş aşkarlanıb.– VİDEO
18-01-2016, 18:10
WhatsApp bu gündən pulsuz olacaq
17-03-2015, 12:05
Yol polisinin avtomobili belə yandı - VİDEO
22-03-2017, 18:51
"Kara sevda"da yeni sima - FOTO