Mədət Quliyev: "Bakı Marafonu xalqımız üçün çox vacib tədbirdir"
Tarix: 30-04-2017 | Saat: 12:13
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
"Bakı Marafonu xalqımız üçün çox vacib tədbirdir".
"Xəbəraz.az "Trend-ə istinadən bildirir ki, bunu marafonda iştirak edən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev deyib.
M.Quliyev bu tədbirin Heydər Əlivev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən ikinci dəfədir təşkil olunduğunu vurğulayıb:
"Bu tədbir xalqımız üçün çox vacib tədbirdir. Bakı Marafonu insanları, o cümlədən gəncləri sağlam həyat tərzi keçirməyə çağırır".
Qeyd edək ki, bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə növbəti Bakı Marafonuna start verilib.
Marafon Dənizkənarı Bulvar İdarəsi və Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunur. Layihənin icraçısı "Sport Marketing Group" (SMG) şirkətidir.
Dövlət Bayrağı Meydanından start götürən marafon Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edəcək.
"Bakı Marafonu 2017" yarışında qaliblər iki kateqoriya - kişi və qadınlar üzrə müəyyən olunacaq. Kateqoriyaların hər birində 1-ci yerin sahibi 3000 AZN, 2-ci yerin sahibi 2000 AZN, 3-cü yer tutan isə 1000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif ediləcəklər.
Bundan əlavə, kişi və qadın kateqoriyası üzrə hər birində 3 iştirakçı olmaqla, yarışda 4, 5 və 6-cı yerləri qazanan 6 nəfərə Avropa daxilində istədikləri ölkəni seçmək imkanı yaradılmaqla 2 nəfərlik səyahət bileti hədiyyə ediləcək.
7-ci və 8-ci yerin sahiblərinə "Bakı Marafonu 2017"nin sponsorları tərəfindən müxtəlif hədiyyələr, 9 və 10-cu yerin sahiblərinə isə 100 AZN-lik hədiyyə kuponu veriləcək.
Xatırladaq ki, Bakı Marafonu ilk dəfə 2016-cı il mayın 1-də təşkil olunub və 7000 nəfərdən çox iştirakçısı olub.
"Bakı Marafonu"nun məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar üçün bir araya gətirməkdən ibarətdir. Marafon "Küləyə qalib gəl" şüarı altında keçirilir.
"Bakı Marafonu 2017"dən toplanan vəsait Heydər Əliyev Fondunun uşaq evləri üzrə həyata keçirdiyi layihəyə yönəldiləcək.
Xəbəri paylaş
6078 dəfə oxunub.
Digər xəbərlər

1-03-2018, 12:15
Abşeronda oğul anasını bıçaqladı
1-04-2015, 21:53
“VALİDEYNLƏR UŞAQLARINI PSİXOLOQA GÖSTƏRMƏKDƏN QORXURLAR”
31-10-2018, 11:05
Sevil və Sevincin 1,3 milyonluq klipini İradə sildirdi
17-01-2017, 14:42
Hamilə Şəbnəm Tovuzlu evli məmur sevgilisi ilə - FOTOLAR
22-03-2021, 04:58
Onlar da ayrıldılar
4-12-2016, 11:16
Zaurla Günay gecə-gecə eşqə gəldi -VİDEO
28-06-2017, 13:45
Türkiyə Ermənistanla sərhədi beton divarlarla bağlayır
6-05-2016, 19:01
İlham Quliyevdən böyük uğur - Türkiyədə
15-09-2021, 11:30
Övladları ilə birgə itkin düşən qadın qohumu ilə qaçıbmış...
17-04-2018, 21:04
Roza Zərgərli: "Canım çox ağrıyır,əməliyyat etdirdim ki..."