Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Güclü istilər can aldı - 122 ölü
Tarix: 22-06-2015 | Saat: 12:52
Bölmə:M / Karusel / Hadisə / Dünya / M2 | çapa göndər

Güclü istilər can aldı - 122 ölü
Pakistanda 47 dərəcə isti qeydə alınıb

Qızmar yay Pakistanda can alır.Xeberaz.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, ölkənin cənubunda yerləşən Sind əyalətində güclü istilərə tab gətirməyən yüzdən çox insan dünyasını dəyişib.

Səhiyyə nazirliyi ən çox ölümün 45 dərəcə isti müşahidə edilən Kəraçi şəhərində qeydə alındığını deyirlər. Zərərçəkənlərin əksəriyyəti yaşlı insanlar olub.

Şəhərdə ekstremal hava şəraiti ilə əlaqədar elektrik enerjisinə olan tələbat artıb.

Əyalətin səhiyyə naziri Səid Mangnejo açıqlamasında bildirib ki, şənbə günündən bəri Karaçidə 114 nəfər, Sind əyalətinin digər bölgələrində isə 8 nəfər isti hava şəraitinin qurbanı olub.

Pakistan meteoroloji idarəsindən verilən məlumata görə, isti və rütubətli hava şəraiti bazar ertəsi də davam edəcək. Hava çərşənbə axşamı sərinləməyə başlayacaq.
Karaçidə temperatur həddinin tarixi rekordu 47 dərəcə olub və 1979-cu ildə qeydə alınıb.

Ötən il isə isti havaya görə qonşu Hindistanda təxminən 1700 adam dünyasını dəyişmişdi.


Xəbəri paylaş

6288 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___