Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Baloğlan Əşrəfov onu "öldürənlər"i məhkəməyə verəcək
Tarix: 21-06-2015 | Saat: 19:13
Bölmə:M / Karusel / Şou-Biznes / M2 / Araşdırma | çapa göndər

Baloğlan Əşrəfov onu "öldürənlər"i məhkəməyə verəcək

Adı nəinki oxuculara, jurnalistlərə belə tanış olmayan saytlar əməkdar artist Baloğlan Əşrəfovun ölüm xəbərini yayıblar.

Xeberaz.az xəbər verir ki, Əməkdar artist ANS PRESS-ə açıqlamasında, dünyasını dəyişməsi barədə xəbəri həmkarı Yusif Mustafayevdən eşitdiyini bildirdi:

"Maşallah sağ-salamat evimdə oturmuşam, ölüm xəbərimi yayırlar. Mənə də Yusif Mustafayev dedi, xəbərim yox idi. Yusif zəng vurub hal-əhval tutduqdan sonra dedi ki, məndən sənin ölüm xəbərini soruşurdular.

Belə olmaz axı! Başı batsın o xəbəri yazanın. Lənətə gəlsin onu. Bu insan kimdirsə düşmənçiliklə yayır bu xəbəri. Təxribatdı mənə qarşı. Başqa nə ola bilər ki? Mənim əzizlərim, doğmalarım eşidib narahat olurlar".

Əməkdar artisti "öldürənlər" məhkəmə qarşısında cavab verməli olacaqlar. Baloğlan Əşrəfov barəsində ölüm xəbərlərini yayanları məhkəməyə verməyi düşünür: "Hər kimdirsə, onu tapıb məhkəməyə verəcəm. Birinci hansı sayt, hansı jurnalist yazıb onu qanun yolu ilə cəzalandıraacam. Belə etməsəm, sabah bir başqası da istədiyini yazar".

Baloğlan Əşrəfovun bu zəngindən sonra internetdə axtarış verdikdə xəbəri ilk yayımlayan saytın əslində fəaliyyət göstərmədiyini gördük. Xəbəri həmin sayta istinadla verən digər saytı isə ilk dəfə idi açırdıq. Çox güman ki, məqsədləri məşhurların ölüm xəbərlərini yaymaqla özlərini tanıtmaqdır.


Xəbəri paylaş

7198 dəfə oxunub.

Digər xəbərlər
27-05-2016, 02:59 Rusiyadan ABŞ-a təklif

bütün xəbərlər
____ Instagram ___