Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bu maddəni qəbul edənlər şeytana çevrilirlər
Tarix: 21-06-2015 | Saat: 16:31
Bölmə:M / Karusel / Maraqlı / M2 | çapa göndər

Bu maddəni qəbul edənlər şeytana çevrilirlər
Xəbəraz.az-in aldığı məlumata görə Flakkanın çox güclü, yüksək dozalı narkotik maddə olduğu deyilir.
Aprel ayında müşahidə kameralarına düşən bir olay diqqət çəkib. Videolentə düşən bir kişi əynindəki paltarı cırıq-cırıq edib soyunur, polis və xəyali hücumçulardan canını qurtarırmış kimi avtomobillərin hərəkət etdiyi yolda qaçır.

Florida ştatında daha bir diqqət çəkən kişi isə günün günorta çağı lüt vəziyyətdə ağacın altında sekslə məşğul olmaq istəyir. Daha sonra polisə deyir ki, o, əfsanəvi Tor allahıdır, hətta polisi vurmağa da cəhd göstərir.

Həmin ərazidə ayrı-ayrılıqda polis idarəsinə soxulmağa cəhd edən başqa iki nəfər də olub. Onların hər ikisi xəyalən insanların onlara hücum etdiklərini düşünüblər.

Rəsmilər narkotik maddələrin geniş yayıldığı Floridada bütün bu qəribə olayları flakkaya - yeni və güclü sintetik narkotik maddəyə bağlayırlar.

Rəsmi məlumata görə, 2015-ci ilin ilk 3 ayında təkcə Brevard dairəsində flakka ilə bağlı 300 hadisə qeydə alınıb. 2014-cü ildə isə ümumilikdə bu göstərici 200 idi.

Rəsmilərin dili ilə desək, hazırda Brevard dairəsi boyu xaos hökm sürür. “Bu ilədək kokain siyahının başında gəlirdi” - “Reuters”ə açıqlamasında Brevard dairəsi şerifinin detektivi belə deyib.

Flakkanın çox güclü, yüksək dozalı narkotik maddə olduğu deyilir. Onun çox kiçik dozada qəbulu belə dərhal eyforiya, qızışma və hallüsinasiya yaradır. Çox az artıq doza ürəkdə problemlərə, aqitasiya, aqressiya, psixoz, paranoya və həyəcanlı sayıqlamaya gətirib çıxara bilər.

Sözügedən narkotik maddə əvvəllər vanna duzu kimi tanıdığımızın çox güclü formasıdır, adını da İspaniyada gözəl qadınlarla bağlı jarqondan - “la Flaca”dan götürüb. Ölkədə daha çox “qravel” adı ilə tanınır və daha çox Ohayo, Çikaqo və Hyustonda yayılıb.

“Azadlıq” bildirir ki, ən çox flakka istifadəçisi isə Floridadadır. Burada istifadəçilər narkotik maddələrə “5 dollarlıq ağılsızlıq”, “psixozun kirşanı” və “ağılı əridən” vasitə kimi yanaşırlar.

Mayamidə narkotik maddələrlə mübarizə idarəsinin xüsusi agenti Kevin Stanfill deyir ki, bu narkotik maddə insanları fövqəladə gücə sahib edir. Onun dediyinə görə, Floridada hətta istifadəçinin öz uşağını dişləməsi və ya uşağını suyun altına salması kimi hallar da qeydə alınıb.

Bu cür nümunələrin sayı-hesabı yoxdur. Bu yaxınlarda belə bir məlumat yayılıb ki, Brevard dairəsinin ən böyük xəstəxanası flakka ilə bağlı günə 20 hadisə qeydə alır.

Rəsmi məlumata görə, Brevardda sentyabrdan bu yana flakka ilə bağlı 16 ölüm halı olub.

Ötən həftəsonu yaşlı bir qadın flakka istifadəçisi bir kişinin onu vəhşicəsinə döyməsindən 3 ay sonra həyatını itirib.

Sözügedən narkotik maddə Floridada son 10 ildə daha çox yayılıb. Bu sintetik vasitəyə müxtəlif adlar verilib - “Timsah”, “Miyau-miyau”, “jenkem”... Amma hamısının təsiri eynidir: paranoya, psixoz, aqressiv davranış və hətta ölüm.

Flakka öz xarici görkəminə görə kokaini xatırladır. Rəsmilərin dediyinə görə, onu bir neçə dollara əldə etmək mümkündür. Hətta deyilənə görə, “Flakka “Big Mac”dan daha ucuzdur.

Elə rəsmiləri də daha çox bu ucuzluq narahat edir. Deyirlər ki, məsələn, 3 dollara bu maddəni əldə etmək olur və həmin 3 dollar əksər uşaqların belə cibində var.

Tablet halında içilən, çəkilən, hətta elektron siqaret vasitəsilə qəbul olunan flakka ilə bağlı rəsmilər yay tətili öncəsi valideynlərə daha çox səslənirlər. Onları xəbərdar edirlər ki, bu maddəni internet vasitəsilə də çox asanlıqla sifariş edib almaq mümkündür. Baxmayaraq ki, preparatın əsas inqredienti olan alfa-PVP Floridada 2012-ci ildən qanunla qadağan olunub.

Rəsmi məlumata görə, alfa-PVP tipik olaraq Çindən gəlir. Flakkanin tərkibində olan digər vasitələr isə elə küçədə açıq-aşkar satılan vasitələrdir.

Kokain də beyinə eyni təsiri göstərir, sadəcə flakkanın tərkibindəki kimyəvi maddələr istifadəçini daim nevroloji dəyişikliyə məruz qoyur.

Həkimlərin dediyinə görə, flakka istifadəsi zamanı insan orqanizmində temperatur 105 dərəcəni də keçə bilir. İstifadəçi hətta alovun içində qaçdığına inana bilir və yüksək adrenalinlə çox sərt hərəkətlər edə bilir. Bu cür adamların qarşısını almaq üçün hətta 4 və ya 5 hüquq-mühafizə orqanı əməkdaşlarının gücü bir yerə qoymasına ehtiyac yaranır.

Rəsmilər bu vaxtadək Floridada bundan da təhlükəli bir şeyin olmadığını deyirlər.

Muxbir: Kənan Məmmədov


Xəbəri paylaş

7068 dəfə oxunub.

Digər xəbərlər
10-06-2015, 19:23 Məşəl metroda
13-12-2018, 12:55 "Qarabağ"ın son SINAĞI

bütün xəbərlər
____ Instagram ___