Dövlət başçısı: “Azərbaycanda qazlaşdırma 92 faizə çatıb”
Tarix: 17-04-2017 | Saat: 13:52
Bölmə:M / Karusel / İqtisadiyyat / Gündəm | çapa göndər
“Azərbaycanda qazlaşdırma 92 faizə çatıb. Xatırlayıram, prezident kimi bölgələrə ilk səfərlərimdə vətəndaşlar tərəfindən qaldırılan məsələlərdən biri də qazlaşdırma ilə bağlı idi. O vaxt nəinki kəndlərdə, hətta rayon mərkəzlərində təbii qaz yox idi. Bakı şəhəri 100 faiz təbii qazla təmin edilmirdi. Biz bu məsələni də demək olar ki, həll etdik”.
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində deyib.
Dövlət başçısı qeyd edib ki, qazlaşdırmanı 92 faizə çatdırmaq hər bir ölkə üçün böyük nailiyyətdir: “Ancaq biz bununla kifayətlənmirik. Növbəti illərdə daha da yüksək faizə çatacağıq”.
Yol infrastrukturuna gəldikdə isə prezident bildirib ki, birinci proqram qəbul olunandan sonra 11 min kilometrdən çox uzunluğu olan yollar salınıb. “Bütün qonşu ölkələrlə bizi birləşdirən yollar ya istismara verilib, ya da ki, artıq buna yaxındır. Kənd yollarının salınması geniş vüsət alıb. Dünən Yevlax rayonunda iki yol layihəsini istismara verdik. Demək olar ki, Yevlax rayonunda əsas kənd yolları artıq normal vəziyyətdədir. Bu il yüzlərlə kəndi birləşdirən yeni yol layihələri icra ediləcək. Bu, həm sosial, həm də iqtisadi məsələdir. Çünki bu, həm insanlara rahatlıq verir, eyni zamanda, məhsulu bazarlara vaxtında çatdırmaq üçün yolların böyük əhəmiyyəti var. Həmçinin yol olmayan yerlərə investisiya da gəlmir və inkişaf da olmur. Bax, proqramın əsas istiqamətləri bu idi”, - deyə o vurğulayıb.
Xəbəri paylaş
5378 dəfə oxunub.
Digər xəbərlər

23-12-2015, 01:35
Nazir deputatın bacısı oğlunu işdən çıxardı
21-03-2020, 21:15
Kafe, restoran, internet klublar sabahdan 15:00-dan bağlanacaq - RƏSMİ
26-03-2017, 18:39
Türkiyədə xüsusi əməliyyat: xeyli terrorçu öldürüldü
5-12-2021, 17:19
Saakaşvili həbsxanadan azərbaycanlılara məktub yazdı - FOTO
27-02-2017, 10:53
Qırmızı xalçanın ən cazibədar və yaraşıqlı ulduzları - "Oskar 2017"
9-06-2017, 13:45
Bu yağ zeytun yağından da faydalıdır! UNİKAL MƏHSUL
17-03-2016, 09:52
Dezodorant istifadə etməyin!
13-04-2017, 20:40
Elza təqdimatdan küsüb getdi: "Vədlərinə əməl etmədilər"
26-08-2015, 14:29
Leyla Əliyeva Mehriban Əliyevanı təbrik etdi
1-01-2021, 12:04
Kişilərin və qadınların pensiya yaşı AÇIQLANDI