Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Nazirlər Kabinetindən yeni qərar
Tarix: 21-06-2015 | Saat: 14:05
Bölmə:M / Karusel / Siyasət / M2 / Foto-fakt | çapa göndər

Nazirlər Kabinetindən yeni qərar
Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi yaradılıb.
Azərbaycanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tabeliyində Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi yaradılıb.

Xeberaz.az ANS PRESS-dən aldığı məlumata görə, baş nazir Artur Rasizadənin imzaladığı qərara əsasən, Heydər Əliyev Fondu ilə “Uralsib” Maliyyə Korporasiyası ilə birlikdə həyata keçirilən layihə çərçivəsində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış massivi, Abbas Fətullayev küçəsi, 29A ünvanında 0,1092 ha torpaq sahəsində inşa edilmiş Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqların Reabilitasiya Müəssisəsinin binası, avadanlıqları, digər əsas vəsaitləri və mal-materialları Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tabeliyində yaradılan Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsinin balansına verilib.

Bu müəssisənin saxlanılması üçün tələb olunan xərclər dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçiriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bir ay müddətində Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsinin Nizamnaməsinin təsdiq edilməsi, Əmlak Məsələləri Dövlət Komitəsi və Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə bu qərarın 2-ci hissəsindən irəli gələn məsələləri həll edilmə tapşırığı verilib.


Xəbəri paylaş

5918 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___