Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Təcili yardım”a niyə cərimə yazıldı? - Polisdən açıqlama
Tarix: 06-04-2017 | Saat: 13:16
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

“Təcili yardım”a niyə cərimə yazıldı? - Polisdən açıqlama

Azərbaycanda yol polisinin təcili tibbi yardım maşınını cərimələməsi təəccüb doğurub.

K. Əliyev bildirib ki, əgər avtomobili idarə edən sürücü hər hansı yolda müəyyən edilmiş sürət həddini aşırsa, bu foto, video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə qeydə alınır və nəqliyyat vasitəsinin sahibi barəsində elektron protokol tərtib olunur: “Operativ nəqliyyat vasitələri isə hərəkət zamanı digər nəqliyyyat vasitələri qarşısında hərəkət üstünlüyü hüququna malik olduqlarına görə “Yol hərəkəti haqqında” Qanunun tələblərindən kənara çıxa bilərlər. Lakin hərəkətin başqa iştirakçıları qarşısında üstünlük almaq üçün belə nəqliyyat vasitələrinin sürücüləri sayrışan göy və ya qırmızı işıq və xüsusi səs siqnalını qoşmalıdırlar.

Sözügedən məsələ ilə bağlı elektron protokol Ağdaş rayon Təcili Tibbi Yardım Stansiyasına göndərilib. Həmin stansiyanın rəhbərliyi protokol daxil olan andan etibarən 5 gün ərzində sürücü haqqında məlumat verməlidir. Təcili tibbi yardım maşınının çağırışa gedəndə, yoxsa çağırışdan kənar qayda pozuntusuna yol verdiyi müəyyən edilməlidir. Əgər qayda pozuntusu iş vaxtı baş veribsə və bunu nəqliyyat vasitəsinin məxsus olduğu müəssisənin rəhbərliyi təsdiq edərsə, o halda inzibati xəta haqqında protokollara xitam verilir”.

Qeyd edək ki, azxeber. com saytına Ağdaş Təcili Tibbi Yardım Stansiyanın sürücülərindən biri 310 manat cərimələnməsi barədə məlumat verib. Xəstəxana rəhbərliyi isə cərimələri işçinin maaşından kəsir. “Qafqazinfo”


Xəbəri paylaş

5988 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___