Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Türkiyənin IX prezidenti Çalçatəpədə torpağa tapşırılıb.
Tarix: 20-06-2015 | Saat: 18:28
Bölmə:M / Karusel / Siyasət / M2 | çapa göndər

Türkiyənin IX prezidenti Çalçatəpədə torpağa tapşırılıb.

Süleyman Dəmirəl dəfn edildi


Bu gün Türkiyənin IX prezidenti Süleyman Dəmirəl dəfn edilib.

Xeberaz.az -ın APA-ya istinadən verdiyi məlumatına görə, S. Dəmirəlin cənazəsi dünən Ankarada Türkiyə Böyük Millət Məclisində və Kocatəpə məscidində təşkil olunan mərasimdən sonra yük təyyarəsi ilə İspartaya gətirilib.

Təyyarəyə “Türk Ulduzları” və iki ədəd F-16 qırıcı təyyarənin müşayiəti ilə İspartada S. Dəmirəlin öz adını daşıyan hava limanına enib. Təyyarə hava limanına endikdən sonra qırıcı təyyarələr dörd dəfə hava limanı üzərində sayğı uçuşu keçirib. S. Dəmirəlin cənazəsi İsparta küçələrindən və adını daşıdığı universitetin önündən keçirilərək anadan olduğu İspartanın Atabəy rayonunun İslamköy kəndində morqa qoyulub. Küçələrdən keçərkən yol kənarında dayanan ispartalılar onun tabutunun üzərinə gül ləçəkləri səpiblər.

S. Dəmirəlin üçün bu gün nənəsinin adını daşıyan Şəhriban Xatun məscidində günorta namazından sonra cənazə namazı qılınıb. Daha sonra S. Dəmirəlin cənazəsi anıt məzar yeri olaraq müəyyən edilən İslamköydəki Çalçatəpədə torpağa tapşırılıb.


Xəbəri paylaş

5758 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___