Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanın Avropa Məhkəməsində qələbəsi
Tarix: 20-06-2015 | Saat: 16:12
Bölmə:M / Karusel / Siyasət / M2 | çapa göndər

Azərbaycanın Avropa Məhkəməsində qələbəsi
Xəbərdə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarından bəhs olunub

Avropanın ən tanınmış media portallarından olan Euractiv saytında Avropa İnsan Hüquqları Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı qərarı barədə xəbər yer alıb.

Xeberaz.az xeber verir ki,Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyi/Avropa İttifaqı yanında Nümayəndəliyindən APA-ya verilən məlumata görə, Euractiv tərəfindən verilən məlumatda, 7 Azərbaycan vətəndaşının şikayəti əsasında Avropa İnsan Hüquqları Məhkəməsinin 16 iyun tarixində verdiyi qərarda Ermənistanın Dağlıq Qarabağ ərazisinə nəzarət etdiyini təsdiqləndiyi bildirilib və beləliklə, Ermənistan tərəfindən Azərbaycan ərazisinin işğal edilməsi faktı Avropa İttifaqının ali məhkəmə instansiyası tərəfindən təsdiqlənib. Belə ki, həmin vətəndaşlar Laçın rayonunda yerləşən və zorla çıxarıldıqları əmlaklarına qayıda bilməmələri səbəbindən sözügedən məhkəməyə müraciət ediblər.

Xəbərdə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarından bəhs olunub:

“Məhkəmə xüsusilə qeyd edib ki, Ermənistan hökumətinin keçmiş və hazırkı nümayəndələri daxil olmaqla, verilən ictimai bəyanatlar və bir çox hesabatlar göstərib ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinə ilk gündən öz hərbi mövcudluğu, eləcə də hərbi təchizat və təcrübəsini təmin etməklə, əhəmiyyətli dərəcədə cəlb olunub. Sözügedən ərazilərə nəzarət baxımından Ermənistanın hərbi dəstəyi həlledici olmağa davam edib. Həmçinin məsələ ilə bağlı əldə edilən faktlar əsasında aydın olub ki, Ermənistan Dağlıq Qarabağa əsaslı siyasi və maliyyə dəstəyi verib, eləcə də Dağlıq Qarabağ heç bir dövlət və ya beynəlxalq təşkilat tərəfindən tanınmadığından, orada yaşayan şəxslərə xaricdə səyahət üçün Ermənistan pasportları əldə etmək lazım gəlib. Yekunda, Ermənistan vəDağlıq Qarabağ demək olar ki, bütün vacib məsələlərdə yüksək dərəcədə inteqrasiya olunub və onun idarəçiliyi Ermənistan tərəfindən verilən hərbi, siyasi, maliyyə və başqa dəstək sayəsində mövcud qalıb”.

Məlumatın yekununda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı bəyanatına istinad olunub.

Qeyd edək ki, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət 2005-ci ildə verilib və 2011-ci ildə Məhkəmə məsələni araşdırmağa başlayıb.

Muxbir: Kenan Memmedov


Xəbəri paylaş

6068 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___