Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Elzadan İlhaməyə:“Paxıllığın dili uzundur, çünki əlləri qısadır”.
Tarix: 20-06-2015 | Saat: 16:03
Bölmə:M / Karusel / M2 / Foto-fakt / Məşhurların Taleyi | çapa göndər

Elzadan İlhaməyə:“Paxıllığın dili uzundur, çünki əlləri qısadır”.
Qəlyan başda olmur, başda ağıl olur


Əməkdar artist Elza Seyidcahan xalq artisti İlhamə Quliyevanın onun ünvanına dediyi tənqidi sözlərə münasibət bildirib.

Xeberaz.az
xəbər verir ki, Axşam.az-a açıqlama verən müğənni İ.Quliyevanın "Müqəddəs məşəli qəlyanla əvəz edib, başına qoyub. Çox ayıb olsun" sözlərinin onu məyus etdiyini deyib:

“İlhamə xanımın açıqlamasını görəndə məyus oldum. Çünki o xanıma hər zaman hörmətlə yanaşmışam. Hətta onun üçün “Daha ağ eləmə” adlı yeni mahnı da yazmışdım. Hazırda aranjimandadır. Özünün də xəbəri var. Mən Azərbaycanın unudulmaz tarixi günlərində belə bir addım atdım. Elza hər zaman dünya standartlarına uyğun layihələr, imiclər edib. Qələbə qazanan idmançılarımızı bu formada təbrik etdim. Ölkəmin bayrağına bürünüb, rəmzi olan məşəli başımda daşıdım. Bu dərəcədə paxıllıq gözləmirdim. Bayrağın yanında insan hansı cürətlə qəlyan adı çəkir? Qəlyan başda olmur. Başda ağıl olur. Allah da mənə gözəl ağıl verib. Mənim vətənpərvərliyimə xələl gətirmək istəyənlərə onu deyim ki, bacarmadınız. Paxıllığın dili uzundur, çünki əlləri qısadır”.


Xəbəri paylaş

5908 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___