Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Şüvəlanda bacısını öldürən şəxsin məhkəməsi başladı
Tarix: 20-06-2015 | Saat: 14:23
Bölmə:M / Hadisə / M2 | çapa göndər

Şüvəlanda bacısını öldürən şəxsin məhkəməsi başladı

Hadisədən sonra Tofiq qayınatasına zəng edərək məlumat verib


Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı ş. sakini Tofiq Qədirovun (1987-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.

xeberaz.az xəbər verir ki, ötən il dekabrın 22-si saat 12 radələrində Xəzər rayonunun Şüvəlan qəsəbəsində, Sabir küçəsində yaşayan Tofiq Qədirov qısqanclıq zəminində bacısı Ramiləni (1989-cu il təv.) boğma yolu ilə qətlə yetirib. Həmin gün Xəzər RPİ 1-ci polis bölməsi əməkdaşları tərəfindən şübhəli şəxs saxlanılıb və istintaqa təhvil verilib.

İstintaqla müəyyən edilib ki, bir şəxsə qoşulub qaçan Ramilə Qədirova qeyri-rəsmi nikahda yaşayıb, onun bu hərəkətini qardaşı Tofiq bağışlamayıb və onlar uzun müddət küsülü qalıblar. 4 ay əvvəl isə Ramilə dünyaya uşaq gətirdiyi üçün Tofiq Qədirov bacısından imtina edib. Lakin özəl TV kanalların birində yayımlanan verilişə çıxan Ramilə məhz onların sayəsində qardaşı ilə barışıb və 4 aylıq körpəsilə birlikdə onun yaşadığı evə yerləşdirilib. Lakin bundan sonra onların arasında yenə də münaqişələr davam edib. Həmin gün növbəti mübahisə zamanı Tofiq Ramiləni dəsmalla boğaraq öldürüb, hadisə vaxtı körpə digər otaqda yatıb. Hadisədən sonra Tofiq qayınatası Mütəllim Mirzəyevə və Xəzər RPİ-nə zəng edərək məlumat verib.

Dindirmə zamanı T.Qədirov əməlini etiraf edib.

Hazırlıq iclasında məhkəmənin tərkibi elan edilib və təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı iyunun 24-nə təyin olunub.
Muxbir: Kenan Memmedov


Xəbəri paylaş

6018 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___