Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
BIZ UNUTMURUQ
Tarix: 20-06-2015 | Saat: 11:52
Bölmə:M / Karusel / M2 / Məşhurların Taleyi | çapa göndər

BIZ UNUTMURUQ
XEBERAZ.AZ hec kimi ve hec neyi unutmur : "RESID BEHBUDOV" Mükafatları SSRİ Xalq Artisti SSRİ dövlət mükafatı Hero of Socialist Labor medal.png "Lenin" ordeni "Lenin" ordeni "Qırmızı Əmək Bayrağı" ordeni (SSRİ)

Rəşid Məcid oğlu Behbudov (14 dekabr 1915 – 9 iyun 1989) — Azərbaycan müğənnisi, SSRİ-nin xalq artisti, SSRİ və Azərbaycan Dövlət Mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, Dağıstanın xalq artisti, Gürcüstanın əməkdar incəsənət xadimi.
Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə xanəndə Məcid Behbudalı oğlunun ailəsində dünyaya gəlmişdir. Anası Firuzə xanım Vəkilovlar nəslinə mənsub idi.

Uşaq yaşlarından məktəb xorunda oxuyan Rəşid 1933-cü ildə Dəmiryolu Texnikumuna daxil olmuşdur.[1] Təhsili dövründə tələbə özfəaliyyət orkestrində çalışmışdır.

Hərbi xidməti zamanı ordu ansamblının solisti olan R. Behbudov, əsgəri xidmətdən sonra Tbilisi estrada qruplarından birində solistlik edir və tezliklə bəstəkar A.Eyvazyanın rəhbərlik etdiyi Ermənistan Dövlət Caz orkestrində solistliyə başlayır. 30-cu illərdə Ermənistan Dövlət Opera və Balet Teatrında klassik operaların xor səhnələrində solo oxuyur. 1939-cu ildə həmin teatrın truppası ilə birlikdə Moskvada Ermənistan incəsənəti günlərində iştirak edir. 1942-ci ildə kollektivlə birgə Krım cəbhəsinə yollanır.

1943-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir Hacıbəyovun eyniadlı operettasının motivləri əsasında çəkilən "Arşın mal alan" filmində baş rola dəvət alır. 1945-ci ildə film efirə çıxır və çox tez bir zamanda nəinki Azərbaycanda, bütün Sovet İttifaqında böyük populyarlıq qazanır. 1946-cı ildə bu filmdəki Əsgər roluna görə Rəşid Behbudov "Stalin mükafatı" ilə təltif olunur.

1949-cu ildə Budapeştdə keçirilən Gənclərin və tələbələrin Ümumdünya festivalında çıxış edir.


Rəşid Behbudova həsr olunmuş poçt markası
1946-1956-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953-1960-cı illərdə fasilələrlə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, 1957-1959-cu illərdə Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olmuşdur. 1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomim kimi müxtəlif janrlarını üzvi surətdə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil etmiş və ömrünün sonunadək onun solisti və bədii rəhbəri olmuşdur.

Bütün Sovet respublikaları ilə yanaşı Argentina, Bolqarıstan, Belçika, Çili, Çin, Efiopiya, Finlandiya, Hindistan, İran, İraq, İtaliya, Misir, Türkiyə və s. ölkələrdə geniş repertuarla çıxış edən R. Behbudov, Azərbaycan xalq mahnılarının və Azərbaycan bəstəkarlarının vokal əsərlərinin xarici ölkələrdə populyarlaşmasında çox böyük rol oynamışdır. R. Behbudov Hindistana səfəri haqqında "Uzaq Hindistanda" kitabını yazmışdır.

1959-cu ildə ona SSRİ Xalq artisti, 1980-ci ildə Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir. SSRİ-nin Lenin Ordeni, Qırmızı Əmək Bayrağı, Xalqlar Dostluğu ordenləri ilə təltif olunmuş, bir sıra xarici ölkələrin dövlət mükafatlarına layiq qörülmüşdü.

Dahi sənətkar 1989-cu il iyunun 9-da Moskva şəhərində vəfat etmişdir.

Qızı Rəşidə Rəşid müğənnidir.


Xəbəri paylaş

7318 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___