Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Arvadı Seyran Ohaynanın evini yıxdı
Tarix: 20-06-2015 | Saat: 11:26
Bölmə:M / Karusel / Siyasət / M2 | çapa göndər

Arvadı Seyran Ohaynanın evini yıxdı

Erməni komandirin iflası haqqında bir neçə söz.

xeberaz.az-in aldigi melumata goreErmənistanın müdafiə naziri Seyran Ohanyanın xanımının ətrafında yaranmış mətbuat qalmaqalı hərbçinin Ermənistanın növbəti prezidenti olmaq ümidinin üzərindən xətt çəkib.

Qısa xatırladaq ki, onun arvadı Ruzanna Xaçatryan dostu ilə avtomobil gəzintisinə çıxıbmış. Yəqin ki, əri ilə belə gəzintilərə çıxa bilmir. Hər halda, əri məşğul adamdır: müharibə eləyir. Özü də, son zamanlar işi elə də uğurlu getmir - gah rəsmi Bakının ünvanına hədələr yağdırır, gah da Moskvaya yalvarır ki, Azərbaycana silah satmasın. Ruzanna evdə tək oturmayacaq ki? Amma təəssüf ki, adı və soyadı gizlədilən dostu ilə gerçəkləşdirdiyi səyahət qəza ilə başa çatıb və nəticədə insan ölüb.

Düzdür, Baş Prokurorluq məsələni çox operativ şəkildə araşdırıb və bildirib ki, qəzanı başqa Xaçatryan törədib. Bədbəxti çox sürətlə barmaqlıqlar altına saldılar və ictimaiyyət məhkəmənin obyektivliyinə çox şübhə elədi.

"Haykakan jamanak" qəzeti yazır ki, Seyran Ohanyan Ermənistan prezidentliyinə namizədlik perspektivini itirib. Öz mənbələrinə istinad edən qəzet yazır ki, Serj Sarkisyan Ohanyanla bağlı fikrini dəyişib. Ermənistan prezidentliyinə namizəd kimi artıq Konstitusiya Məhkəməsinin sədri Qaqik Arutunyanı seçib.

Əlbəttə ki, Serj Sarkisyanın son qərarına müdafiə nazirinin ailəsinin ətrafında baş verən qalmaqallar rol oynayıb.

Buradan belə çıxır ki, Ermənistanın yüksək çinli məmurlarının arvadları öz dostları ilə avtomobil gəzintisinə çıxa bilməzlər. Ən yaxşısı evdə oturmaqdır. Əks halda, bu, onların həyat yoldaşlarının karyerasında kədərli nəticələrə çıxara bilər.


Xəbəri paylaş

8018 dəfə oxunub.

Digər xəbərlər
20-05-2016, 13:34 Diktator siqareti tərgitdi

bütün xəbərlər
____ Instagram ___