Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Qəbələ" ukraynalı futbolçu ile heyəti guclendirdi
Tarix: 19-06-2015 | Saat: 19:17
Bölmə:M / Karusel / İdman / M2 | çapa göndər

"Qəbələ" ukraynalı futbolçu ile heyəti guclendirdi 2015/16 mövsümünün hazırlıqlarını Türkiyədə davam etdirən “Qəbələ” futbol klubu növbəti transferini gerçəkləşdirib.

xeberaz.az QEBELE klubun saytına istinadən məlumat verir ki, Andrey Popoviç, Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov, Asif Məmmədov, Samir Zərgərov, Vitali Vernidub və Sergey Zenyovu heyətinə qatan “qırmızı-qaralar” daha bir legioner transferini reallaşdırıb.

Komanda Ukrayna milli komandasında çıxış etmiş Aleksey Antonovla 2 illik müqavilə imzalayıb. 29 yaşlı hücumçu “Qəbələ” ilə münasibətlərini Ərzurumda rəsmiləşdirib.

Ukraynalı legionerin son klubu Qazaxıstanın “Aktobe” komandası olub. O, 2014-cü ilin iyununda bu kluba keçib. Bunadək isə vətənində, həmçinin Rusiyanın “Kuban” klubunda çıxış edən hücumçu “Dnepr” klubunun yetirməsidir. 2002-2004-cü illərdə bu klubun 2-ci komandasında forma geyən A.Antonov sonradan 3 il “Kuban”ın şərəfini qoruyub. Hücumçu Ukraynada “Metallist” (2007-2010), “Zarya” (2008-2009, icarə əsasında), “İliçevets” (2010-2011), “Dnepr” (2011-2013), “Krivbass” (2012-2013, icarə əsasında), “Çernomorets” (2013-2014) komandalarında oynayıb.

Ukraynanın U-17, U-19 və U-21 yığmalarında çıxış etmiş A.Antonov əsas yığmada 2 matç keçirib.


Xəbəri paylaş

6568 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___