Trampın hamıdan gizlədiyi sənədləri üzə çıxdı - ŞOK FAKT
Tarix: 15-03-2017 | Saat: 12:01
Bölmə:M / Karusel / Siyasət | çapa göndər
ABŞ prezidenti Donald Trampın vergi məlumatları mediaya sızdırılıb. Lent.az xəbər verir ki, Trampın seçki kampaniyası zamanı açıqlamağı israrla rədd etdiyi məlumatlar MSNBC kanalında “The Rachel Maddow Show” proqramında ictimaiyyətə çatdırılıb. Artıq “Ağ ev”in sözcüsü məlumatları təsdiqləyib.
Telekanalda yayımlanan qalmaqallı vergi sənədlərindən məlum olur ki, Tramp 2005-ci ildə 150 milyon dollar qazanıb və bunun qarşılığında 5.3 milyon dollar federal gəlir vergisi ödəyib. O, həmin dövrdə alternativ minimum vergi adı altında dövlətə əlavə 31 milyon dollar da ödəyib.
Ekspertlər açıqlanan məlumatlara dərhal reaksiya bildiriblər. ABŞ qanunlarından çıxarışlara əsasən məlum olub ki, Trampın bir ildə 150 milyon dollar qazanaraq ödədiyi vergi adi amerikalının verməli olduğundan 24 faiz çox olsa da, yüksək gəlirli amerikalının dövlətin hesabına köçürməli olduğu vəsaitdən 27,4 faiz azdır.
Qeyd edək ki, “Ağ ev” vergi sənədinin həqiqiliyini təsdiqləsə də, onun qeyri-qanuni yolla əldə edildiyini bəyan edib.
Xəbəri paylaş
6428 dəfə oxunub.
Digər xəbərlər

20-09-2020, 16:09
Fərqli saç modeli ilə Rekordlar Kitabına girdi
8-05-2018, 13:33
Rauf Talışinski sabah dəfn olunacaq
12-05-2016, 21:30
Nikahdankənar doğulan 200 min uşaq - SOS
16-04-2022, 10:55
Çinli müdrik kişilər soğanı dörd yerə bölür və çaya salıb içirlər. Bəs bu nəyə səbəb olur?
9-02-2020, 22:45
Nigar Arpadarai Bəxtiyar Hacıyevə qalib gəldi - “Exit Poll”
22-02-2017, 14:23
İstanbulda 35 İŞİD-çi saxlanıldı
15-05-2015, 13:45
Azərbaycan əhalisinin sayı bu qədərdir
18-09-2021, 11:13
Bəzi bölgələrdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA