Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Alpaqut üzrə 3-cü Azərbaycan Çempionatı keçirilib-Fotolar
Tarix: 12-03-2017 | Saat: 16:06
Bölmə:M / Karusel / İdman / Fotogalereya / Gənclərimiz | çapa göndər

Alpaqut üzrə 3-cü Azərbaycan Çempionatı keçirilib-Fotolar

"Xəbəraz.az " xəbər verir ki,Bu gün Şağan Olimpiya İdman Mərkəzində alpaqut üzrə 3-cü Azərbaycan Çemoionatının rəsmi açılış mərasimi keçirilib. Açılışa qatılan fəxri qonaqlar sırasında millət vəkilləri Qənirə Paşayeva, Adil Əliyev, tanınmış modelyer-dizayner Gülnarə Xəlilova, Dünya Alpaqut Federasiyasının fəxri prezidenti Fərid Əlizadə, Azərbaycan Kapoeyra Federsiyasının prezidenti Taleh Orucov, Ramil Səfərov, boks üzrə dünya çempionu Fərhad Acalov, kikboksinq üzrə dünya çempionu Ramal Aslanov, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin əlbəyəxa döyüş üzrə baş məşqçi-müəllimi, Azərbaycan respublikasının əməkdar məşqçisi Rəsul Məmmədov və digər tanınmış idmançılar, ictimai xadimlər yer alıblar.
Giriş sözü ilə çıxış edən Azərbaycan Alpaqut Federasiyasının prezidenti Aqil Acalov əvvəlki illərə nisbətən bu çempionatın daha çox azarkeş toplamasından məmnunluğunu dilə gətirib: "Bu il bölgələrimizdən qatılan idmançıların sayında artım çoxdur. Düz 30 bölgəmizdən 270 idmançının yarışlara qatılması uğurlu nəticədir. Alpaqutun bir idman növü olaraq inkişaf etməsi, bütün regionlarımızda rəğbət görməsi bizi çox sevindirir. Ölkə başçısı cənab İlham Əliyevin də Azərbaycan idmanının inkişafına göstərdiyi yüksək qayğının nəticəsidir ki, günbəgün daha böyük nəaliyyətlərə imza atırıq".
Daha sonra çıxış edən millət vəkili, eyni zamanda Dünya Alpaqut Federasiyasının 1-ci vitse-prezidenti Qənirə Paşayeva türkün qədim döyüş sənəti olan alpaqutun müharibə şəraitində yaşayan ölkəmizdə inkişafının önəmini vurğulayıb. Bu idman növünü inkişaf etdirməklə tariximizə, keçmişimizə sahib çıxdığımızı söyləyib.
Millət vəkili, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev isə çıxışında hər kəsi milli idman növü olan alpaqutun inkişafına dəstək olmağa çağırıb.
Alpaqut idman növünün yaradıcısı, Kutsan Vasif Namazov isə çıxışında bu idman növünün dünyada yayılmasından və inkişafından söz açıb.
Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin alpaqut bölməsinin idmançılarının nümunəvi çıxışlarından sonra tədbirin bədii hissəsinə yer verilib. Tanınmış aparıcılar - aktrisa Cəmilə Tağızadə və şairə Günel Günün təqdimatı ilə çıxış edən musiqili qonaqlar Səyyad Əlizadə, Samirə Allahverdiyeva, əməkdar artist Aqşin Abdullayev, Rəhman ...., İlqar Sadiqov və digər incəsənət xadimləri ifaları ilə tədbirə rəng qatıblar.
Tədbirdə alpaqut idman növünün inkişafında və təbliğində əməyi keçən insanlar, o cümlədən media mənsubları fəxri diplomlarla təltif olunublar.
Rəsmi və bədii hissələrdən sonra 8-18 yaşlılar və böyüklər müxtəlif çəki dərəcələrində birincilik uğrunda güclərini sınayıblar. 30 bölgdən qatılan 270 idmançı Aypara, Batur və Caymaz növləri üzrə yarışıblar.
Aypara sistemi üzrə 1-ci yerin qalibi Suraxanı rayonun "Mübariz alp" klubu olub, 2-ci yerdə Ağdam rayon komandası, 3-cü yerdə isə Abşeron rayon komandası qərarlaşıblar. Batur sistemi üzrə yarışlarda isə Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti 1-ci pillədə yer alıb. 2-ci və 3-cü yerləri isə müfafiq olaraq Abşeron və Neftçala komondaları bölüşüblər.
Alpaqut üzrə 3-cü Azərbaycan Çempionatında Cagmaz sistemində keçirilinən oyunlarda isə Neftçala komandası 1-ciliyi qazanıb. Bu sistem üzrə 2-ci pillədə Qaradağ, 3-cü pillədə isə Kürdəmir rayonunun idmançıları qalib olublar.

Xəbəri paylaş

2 1108 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___