Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Səud şahzadəsi Putinlə barışmağa gəlir
Tarix: 17-06-2015 | Saat: 15:16
Bölmə:M / Karusel / Siyasət / M2 / Foto-fakt | çapa göndər

Səud şahzadəsi Putinlə barışmağa gəlir
Bəzilər şahzadədən sonra Səud kralı Salman bin Əbdüləzizin Rusiyaya səfər edəcəyi ehtimal edilir.
Səudiyyə Ərəbistanının Müdafiə naziri şahzadə Məhəmməd bin Salman Sankt Peterburqa gedir. ANS PRESS-in məlumatına görə, şahzadə burada keçirilən iqtisadi forumda iştirak edəcək. Bəziləri hətta Səudiyyə Ərəbistanından nümayəndə heyətinin gəlişini "forumun əsl sensasiyası" da adlandırırlar. Beynəlxalq forum çərçivəsində Rusiya-Səudiyyə Ərəbistanı biznes forumu da keçiriləcək.

Kral Salman bin Əbdüləzizin oğlu, ölkə hakimiyyətində üçüncü şəxs sayılan şahzadənin gəliş səbəbini isə müxtəlif cür şərh edirlər. Belə ki, Rusiyanın bəzi kütləvi informasiya vasitələri Səudiyyə Ərəbistanının Rusiya istehsalı olan "İsgəndər" raket kompleksini almaq haqqında müzakirələr aparacağını bildirir.

Lakin "Kommersant" Məhəmməd bin Salmanın siyasi niyyətinin olduğunu iddia edir. Bildirilir ki, şahzadə Rusiya ilə Səudiyyə Ərəbistanı arasında münasibətləri yaxşılaşdırmaq üçün gəlir. Onun Rusiya prezidenti Vladimir Putinlə də görüşəcəyi deyilir. Hətta bəziləri bu səfərdən sonra Səud kralının özünün də qonşu ölkəyə səfər edəcəyini ehtimal edirlər.

Qeyd edək ki, iki ölkə arasında münasibətlər Suriyaya görə gərginləşmişdi. Çünki Putin Suriya prezidenti Bəşər Əsədi dəstəklədiyi halda, Səudiyyə Ərəbistanı onun hakimiyyətdən getməsini istəyirdi. Lakin bu il aprelin 20-də Putin kral Salmanla telefon danışığı zamanı onu Rusiyaya dəvət etmişdi.


Xəbəri paylaş

5458 dəfə oxunub.

Digər xəbərlər
1-04-2015, 21:26 "Zürafə" tortu

bütün xəbərlər
____ Instagram ___