Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Canlı "Hipofiz Adenoması" əməliyyatı- Uzman doktor Tural Rəhimli+ video
Tarix: 11-03-2017 | Saat: 11:59
Bölmə:M / Karusel / Gündəm / Xəbəraz TV / Reportaj | çapa göndər

Canlı "Hipofiz Adenoması" əməliyyatı- Uzman doktor Tural Rəhimli+ video


 Son illər dünyada və ölkəmizdə geniş yayılmış və insanları dəhşətə salan şislər barədə araşdırma aparmaq qərarına gəldik.
Elmə və bizlərə tanış olan bir çox şişlər arasında son dönəmdə bir çoxlarımızın duymuş olduğu Hipofiz Adenoması adlı beyin şişini araşdırarkən, bu çətin və məsuliyyətli əməliyyatın öhdəsindən uğurla gələn,Türkiyədə uzmanlıq təhsili alıb Azərbaycanda neçə-neçə insana sağlamlıq bəxş edən Tural Rəhimli ilə görüşüb, Hipofiz Adenoması haqda ətraflı məlumat almaq istədik.

Tural həkim endoskopik hipofiz adenoması cərrahiyyəsi üzrə ixtisaslaşıb. O, ölkədə bu əməliyyatı icra edən ən yaxşı həkimlərdəndir, deyə bilərik. Bundan başqa beyin şişləri, kəllə əsası şişlər, pediatrik neyrocərrahiyyə, hidrosefaliyanın endoskopik cərrahiyyəsi, endoskopik kəllə əsası şişlərin cərrahiyyəsi, epilepsiya cərrahiyyəsi, bel və boyun yırtıqları, onurğa beyni şişləri əməliyyatlarını da uğurla icra edir.Tural dr son 3 il ərzində 100- dən çox belə uğurlu endoskopik əməliyyat edib.
Onunla görüs zamanı əməliyyata hazırlaşması müsahibəmizi yarım qoysa da, israr və təkidlərimizdən sonra bizi də əməliyyat otağına almağa razılıq verdi.
Bir gənc xəstənin burun nahiyəsindən başlanan beyni üzərində əməliyyat zamanı tibb personalının səriştəli formada cərrah həkimlə birgə fəaliyyətinin öz aktivliyi ilə yadda qaldı. Burundan girərək 4 sm- lik hipofiz adenomasını tamamilə çıxarıldı.
Təxminən 1saat davam edən əməliyyat uğurlu sonluqla başa çatdı. Əməliyyatı başlayan andan bitən dəqiqəsinədək izləməyimiz, media nümayəndəsi olaraq bizim də marağımıza səbəb olmaqla yanaşı informasiya agentliyimiz vasitəsilə ictimaiyyətdə, o cümlədən əməliyyata ehtiyacı olan hər bir xəstədə heç bir psixoloji sarsıntının olmamasına, onu soyuqqanlı şəkildə qəbul etməsini təcəssüm etdirir. Sonda isə bir daha bu çətin lakin çox şərəfli peşə sahiblərinin sağlam cəmiyyətimiz naminə aparılan bir həkim xidmətini əks etdirən videoreportajı sizə təqdim edirik.




Xəbəri paylaş

4 7828 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___