Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
150 uşaq anası öldü
Tarix: 15-06-2015 | Saat: 18:12
Bölmə:M / Karusel / Maraqlı / M2 / Fotogalereya | çapa göndər

150 uşaq anası öldü

Toktoqon Altıbasarova Leninqrad mühasirəsindən xilas olan uşaqlara analıq edib.
İkinci Dünya Müharibəsi zamanı Leninqrad mühasirəsindən təxliyə edilən 150 uşağı qəbul etmiş qadın dünyasını dəyişib.

ANS PRESS-in məlumatına görə, Toktoqon Altıbasarova Qırğızıstanda 91 yaşında ölüb. Onun ölümü ilə bağlı Qırğızıstan prezidenti Toktoqon Altıbasarovanın yaxınlarına başsağlığı verib.

Müharibənin ilk illərində 16 yaşlı Toktoqon ən savadlı insan kimi kənd sovetinin sədri təyin edilib. 1942-ci ildə Qırğızıstana Leninqrad mühasirəsindən uşaqlar göndəriləndə Altıbasarova həkimlərlə birlikdə uşaqlara baxaraq onların yaşını üzdən müəyyən etməyə çalışırdı və onlara ad, soyad qoyurdu. Çünki həmin uşaqların çoxu öz adlarını bilmirdilər.

1942-ci il avqustun 27-də isə Leninqrad mühasirəsindən təxliyə edilən daha 150 uşaq Qırğızıstana göndərilmişdi. Həmin uşaqlar yataqxanada qalırdılar və növbəti 10 il ərzində Toktoqon Altıbasarovanın himayəsində olurdular.

Toktoqon Altıbasarovanın özünün 8 övladı da var idi. İndi onun 23 nəvəsi və 13 nəticəsi qalıb.


Xəbəri paylaş

6498 dəfə oxunub.

Digər xəbərlər
8-05-2017, 10:22 Cəbhədən xəbər var

bütün xəbərlər
____ Instagram ___