Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi “Xocalını unutmayaq!” adlı növbəti tədbir keçirdi-FOTO
Tarix: 24-02-2017 | Saat: 19:55
Bölmə:M / Karusel / Gündəm / Foto-fakt | çapa göndər

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi  “Xocalını unutmayaq!” adlı növbəti tədbir keçirdi-FOTO


“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi Xocalı Faciəsinin 25-çi ildönümü ilə əlaqədar “Xocalını unutmayaq!” adlı növbəti tədbirini 24 fevral 2017-ci il tarixində Xəzər rayonunda yerləşən Kəlbəcər rayonunun 14 saylı orta məktəbində keçirdi. Tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
"Xəbəraz.az "xəbər verir ki, tədbirdə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov çıxış edərək bildirdi ki, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni işğalçı qüvvələrinin blokada şəraitində olan köməksiz bir şəhərə - Xocalıya ağır texnika, tank və iriçaplı silahlarla hücuma keçdiklərini və müsibətin konkret faktlarını söyləyib, Xocalı soyqırımının XX əsrin sonlarında yalnız Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş ağır cinayət kimi tarixə düşüb. “Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verilməsi yönündə işlərə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən başlanılıb. Hələ 1994-cü ildə Ulu öndərimizin təşəbbüsü ilə Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edib, 26 fevral günü – “Xocalı soyqırımı və milli matəm günü” kimi qəbul olunub və bütün beynəlxalq təşkilatlar bu barədə məlumatlandırılıb”. Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılmasının Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu xarici siyasət kursunda mühüm yer tutduğunu vurğulayıb, dövlət başçısının bu istiqamətdə həyata keçirdiyi tədbirləri diqqətə çatdırıb:
Həbib Misirov Xocalı soyqırımı ilə bağlı tarixi faktlar barədə beynəlxalq ictimaiyyətin dolğun şəkildə məlumatlandırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlanılan “Xocalıya ədalət” beynəlxalq kampaniyasının əhəmiyyətini vurğulayıb: “Kampaniya çərçivəsində Xocalı soyqırımı ilə bağlı beynəlxalq səviyyədə məqsədyönlü təbliğat tədbirləri həyata keçirilir, Azərbaycanın haqq səsi dünyaya çatdırılır.
bu günkü növbəti tədbirimiz
Məktəbin direktoru Tahir Rəhimov bildirdi ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin o zaman sovet ordusunun Xankəndi şəhərindəki 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə Azərbaycanın Xocalı şəhərinə hücüm edərək, azərbaycanlılara qarşı törətdikləri qanlı soyqırım aktı ümumən bəşərə, insanlığa qarşı ən qatı cinayətlərdən biri kimi tarixə həkk olunub. Həmin qanlı aksiya zamanı içərisində uşaqların, qadınların və qocaların da olduğu 613 nəfər azərbaycanlı xüsusi qəddarlıqla qətlə yetirilib. Bu kütləvi qırğın zamanı 8 ailə tamamilə məhv edilib, 25 nəfər uşaq hər iki valideynindən və 130 nəfər uşaq valideynlərinin birindən məhrum olub. Eyni zamanda 487 nəfər soydaşımız ağır xəsarətlər alıb, 150 nəfərinin taleyi hələ də məlum olmayan 1275 nəfər girov götürülüb və Xocalı şəhəri ağır hərbi texnikadan istifadə olunmaqla darmadağın edilib”.
Tədbirdə tələbələrin ifasında soyqırımına həsr olunmuş bədii kompozisiya səsləndirilib, ermənilərin azərbaycanlılara qarşı tördətdikləri terror hadisələrinə həsr olunmuş təqdimat və videoçarx nümayiş olunub.


“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi  “Xocalını unutmayaq!” adlı növbəti tədbir keçirdi-FOTO
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi  “Xocalını unutmayaq!” adlı növbəti tədbir keçirdi-FOTO
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi  “Xocalını unutmayaq!” adlı növbəti tədbir keçirdi-FOTO
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi  “Xocalını unutmayaq!” adlı növbəti tədbir keçirdi-FOTO
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi  “Xocalını unutmayaq!” adlı növbəti tədbir keçirdi-FOTO
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi  “Xocalını unutmayaq!” adlı növbəti tədbir keçirdi-FOTO
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi  “Xocalını unutmayaq!” adlı növbəti tədbir keçirdi-FOTO
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi  “Xocalını unutmayaq!” adlı növbəti tədbir keçirdi-FOTO
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi  “Xocalını unutmayaq!” adlı növbəti tədbir keçirdi-FOTO


Xəbəri paylaş

1 5048 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___