Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
fəlakət nəticəsində azərbaycanlılar xəsarət almayıb.
Tarix: 15-06-2015 | Saat: 13:31
Bölmə:M / Karusel / Dünya / M2 / Foto-fakt | çapa göndər

fəlakət nəticəsində azərbaycanlılar xəsarət almayıb.

Xeberaz.az xəbər verir ki, Gürcüstanın paytaxtı Tiflisdə baş verən təbii fəlakət nəticəsində azərbaycanlılar xəsarət almayıb. Bu barədə ANS PRESS-in Tiflis bürosunun müxbiri məlumat verib. Müxbirimizin əldə etdiyi məlumata görə, ölən və nə yaralılar arasında həmvətənlərimiz olmayıb.

Yaralılar arasında bir neçəsinin vəziyyəti daha ağır olduğu üçün ölənlərin sayının artacağı istisna olunmur.

Qeyd edək ki, Gürcüstanın paytaxtı Tiflisdə müşahidə edilən leysan yağışları güclü daşqına səbəb olub. Selin şəhərə vurduğu zərər 18 milyon dollara bərabərdir. Bundan başqa təbii fəlakət nəticəsində 70-dən çox adam xəsarət alıb. Onlardan 12-si ölüb. Ölkədə bu gün matəm günü elan edilib.

Azərbaycan tərəfinin də köməyi özünü çox gözlətməyib. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Gürcüstanın paytaxtı Tiflisdə təbii fəlakət nəticəsində zərər çəkənlərə yardım edib.

ANS PRESS-in Gruziya Online agentliyinə istinadən verdiyi məlumata görə, yardım məqsədilə Tiflis şəhər meriyasına 10 min litr benzin verilib. Bundan başqa ARDNŞ təbii fəlakətdən zərər çəkənlər üçün 50 min lari (25 min manat) verilib. ARDNŞ zərər çəkənlərə digər yardımları da nəzərdən keçirir.

Qeyd edək ki, Gürcüstanın paytaxtı Tiflisdə müşahidə edilən leysan yağışları güclü daşqına səbəb olub. Selin şəhərə vurduğu zərər 18 milyon dollara bərabərdir. Bundan başqa təbii fəlakət nəticəsində 70-dən çox adam xəsarət alıb. Onlardan 12-si ölüb. Ölkədə bu gün matəm günü elan edilib.


Xəbəri paylaş

5508 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___