Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycan jurnalistikasında yeni cığır açan qəhrəman (VİDEO)
Tarix: 15-06-2015 | Saat: 13:11
Bölmə:M / Karusel / Gündəm / M2 / Xəbəraz TV | çapa göndər

Azərbaycan jurnalistikasında yeni cığır açan qəhrəman (VİDEO)
Elə bil qaynar nöqtə ola bilməzdi ki, Çingiz Mustafayev öz kamerası ilə oarada olmasın.
Bu gün Milli qəhrəman, telejurnalist Çingiz Mustafayevin şəhid olmasından 23 il keçir.
Xeberaz.az xəbər verir ki, Çingiz Mustafayevin jurnalistikası, əlinə telekamera götürdüyü 1987-ci illərin ənənəvi Sovet jurnalistikasından çox fərqlənirdi. Həmin illərdə dəbdə olan jurnalistika daha çox rəsmi idi və dövlətin təbliğat maşınının bir hissəsi idi. 1991-ci ildə Azərbaycan Dövlət Televiziyasında reportyor kimi çalışmağa başlayan Çingiz həmin ilin oktyabrında “215 KL” studiyasını yaratdı və bununla da Azərbaycan televiziyasına yeni nəfəs gətirdi.

O cəbhə bölgəsinə yalnız müharibəni lentə almağa yox, həm də öz vətəndaşlıq borcunu yerinə yetirməyə yollanmışdı. Milli qəhrəman, cəsarətli telereportyor Çingiz Mustafayev Azərbaycan jurnalistikasında yeni bir cığır açmışdı. Bu, “müharibə və vətənpərvərlik” jurnalistikası idi.

Elə bil qaynar nöqtə ola bilməzdi ki, Çingiz orada öz kamerası ilə peyda olmasın. Özünü təhlükəyə ataraq 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı faciəsini videolentə çəkdi. Sonralar həmin kadrlar bütün dünya ölkələrini gəzdi və hər tərəfdə yayımlandı. Ermənilərin azərbaycanlı vətəndaşlara qarşı etdikləri soyqırım dünyaya göstərildi.

O, tam səmimiyyəti ilə sözünü deyirdi, efir vasitəsilə ürəyindəkiləri insanların qan yaddaşına köçürürdü. Çingiz Mustafayevin qoyduğu şəhadət yolu isə bu gün hər bir Azərbaycan jurnalisti üçün örnək yoludur.


Xəbəri paylaş

5308 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___