Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Salyanda poçt müdiri itkin düşüb - FOTO
Tarix: 14-06-2015 | Saat: 22:10
Bölmə:M / Karusel / Gündəm / M2 / Foto-fakt | çapa göndər

Salyanda poçt müdiri itkin düşüb - FOTO
Cəfərov son aylar psixo-nevroloji problemlərdən müalicə alıb.

Salyan rayonun II Varlı kənd poçt şöbəsinin müdiri Əyyub Cəfərov iyun ayının 1-də evdən çıxıb və bir daha geri qayıtmayıb. Hazırda 53 yaşlı Ə.Cəfərovun axtarışları ilə yaxınları ilə yanaşı polis də məşğul olur.

Xeberaz.az xəbər verir ki, kənd sakinləri virtualaz.org saytının Şirvan bürosunun müxbiri ilə söhbətlərində Əyyub Cəfərovu sakit təbiətli bir adam kimi tanıdıqlarını, onun uzun müddət kənd icra nümayəndəliyində mühasib işlədiyini dedilər.

Kənd sakinlərinin bildirdiyinə görə, Ə.Cəfərovun ayrı-ayrı şəxslərə və banklara üst-üstə 30 min manata yaxın borcu olub, amma bu borcları qaytara bilmirmiş. Bu səbədən keçirdiyi stress ucbatından 3 ay əvvəl onun səhhətində nevroloji problemlər yaranıb, dinib-danışmırmış, özünə qapanıbmış. Ev şəraitində müalicə də olunurmuş. İyunun 1-də isə yaxınlarına bir söz demədən evdən çıxıb və elə o vaxtdan da ondan bir xəbər yoxdur.


Xəbəri paylaş

5898 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___